Язык:
Русский
Yaddaşı gücləndirən qidalar
29 августа 2018 8044İstehsal edilən bir çox qidaların insan zəkasına, yaddaşa və diqqət əksikliyinə mühüm faydaları mövcuddur. Beyini qidalandıran və yaddaşı gücləndirən qidalar barəsində türkiyəli mütəxəssis Kerem Bıkmaz bəhs edib.
Həmin sözügedən məhsulları təqdim edirik:
Qırmızı soğan – Tərkibində yaddaşı gücləndirən maddələr mövcuddur. Zehin açıcıdır.
Qarağat – Antioksidandır. Beyini uzunmüddət qidalandırır. Sağlam qalmasını təmin edir. Yaddaşı gücləndirir. Stresə qarşı qoruyur. Sinir hüceyrələrinə təsir göstərir. Unutqanlığa faydalıdır.
Badam – E vitamini cəhətdən olduqca zəngindir. Qocalmağı gecikdirir. Həmçinin beyin inkişafı üçün olduqca faydalıdır. Həmçinin qoz, fındıq, fısdıq kimi qidalar beyin sağlamlığı cəhətdən yeyilməli olan məhsullardır.
Yumurta – Protein qaynağıdır. Beyin üçün önəmlidir. Yaddaşı gücləndirir. İçərisində gərəkli vitaminlər yerləşir.
Lobya – Aparılan araşdırmalara görə, folik asid cəhətdən zəngindir.Beyin hüceyrələri üzərində effektlidir.
Üzüm – Yaz aylarının sevimli meyvəsidir. Beyin sağlamlığı cəhətdən olduqca faydalı meyvədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1