Язык:
Русский
Xolestrini aşağı salan qidalar
07 июня 2018 10339Xolestrinin ciddi problemlərə yol aça biləcəyi kimi bu problemi həll etmək üçün düşüncəsiz şəkildə dərman istifadəsinin meydana gətirəcəyi problemlər çox daha böyük sıxıntılara səbəb ola bilər. Bu səbəbdən xolestrin dərmanlarından çox istifadənin əvəzinə xolestrini aşağı salan və ya tənzimləyən qidaların kifayət qədər alınması kömək edə bilər.
Bol vitaminli qidalar yeyin.
Yumurta çox yeməyə çalışın.
Doymuş yağdan uzaq durun.
Piylənmə ilə qarşılaşmamaq üçün düzgün qidalanın.
İçki, siqaret kimi pis vərdişlərdən imtina edin.
Xolestrinə müsbət təsir göstərən və aşağı salan qidalar:
Kətan toxumu: Xolestrin müalicəsində ən çox istifadə edilən qidalardandır. Antioksidan təsiri mövcuddur. İki ay müddətində gündə bir xörək qaşığı yeyərək xolestrini aşağı sala bilərsiniz.
Həmçinin bağırsaqların fəaliyyətini tənzimləyir.
Müəyyən miqdarda yeyildiyi zaman bağırsaq və mədəyə son dərəcədə yararlı içkilərdən biri adaçayıdır. Gündə iki fincan içərək antioksidan xüsusiyyətindən yararlana bilərsiniz. Həmçinin xolestrini aşağı sala bilərsiniz. Adaçayı həmçinin sakitləşdirir.
Kefir də bu növ qidalardandır. Bir stəkan kefiri hər gün içərək sümükləri gücləndirə bilərsiniz. Həmçinin bu üsulla xolestrini aşağı sala bilərsiniz.
Üzüm, qoz, kişniş də belə qidalardandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1