Язык:
Русский
Xəstələndiyiniz zaman bunları yeməyin
01 июля 2020 10253Yaşadığımız çətin günlərdə koronavirus ilə qarışdırılan soyuqdəymə, günvurma hadisələri də kifayət qədər çoxdur. Bu növ üst tənəfüs yolu infeksiyalarında tez-tez burun tıxanıqlığı, halsızlıq, asqırma, burun tutqunluğu kimi istənilməyən vəziyyətlər ortaya çıxır. Belə xəstəliklərdə əsas əlamətlər sırasında halsızlıq durur.
Bu halları ortadan qaldırmaq üçün hansı qidaların yeyilməsinin tövsiyə edildiyini bilirsinizmi?
Belə hallarda bəzi qidalar xəstəliyin şiddətini artıra bilir. Bu barədə türkiyəli diyetloq Aslıhan Altuntaş məlumat verib.
Bu kimi xəstəliklər zamanı həkimə müraciət edildiyində həkimlər adətən antihistamin tərkibli dərmanlar yazırlar. Histamin vücudda artdığı zaman istənilməyən hallarla qarşılaşmaq ehtimalı var. Bu səbəbdən soyuqdəymə zaman histamini azaldacaq, bunu artırmayan qidalardan istifadə etməkdə fayda vardır.Bəzi qidalar isə histamini parçalayaraq qandakı miqdarının artmasına səbəb olur.
Histaminlə zəngin olan qidalar sırasında ilk başda mayalı qidalar durur. Ən çox spirtli içkilərdən uzaq durulmalıdır. Turşu, sirkə, qatıq, ayran histamini və histaminin vücuddakı istehsalını artırmaqdadır. Ancaq bunların fayda-zərərini tənzimləmək lazımdır. İstifadəni tamamilə kəsmək yerinə məhdudlaşdırmaq, beləliklə faydalarından məhrum qalmamaq daha doğrudur. Kolbasa, sosis kimi ət məhsulları histamin ilə zəngindir. Sadəcə soyuqdəymə zamanı deyil, hər zaman belə qidalardan uzaq durulmalıdır.
Pendirlər də diqqət edilməsi vacib olan qidalar arasındadır. Histamin tərkibi yüksək olan qida köhnə pendirlərdir. Bu səbəbdən sərt pendirləri gündə 60-90 qramı keçmədən istifadə etmək vacibdir. İspanaq, pomidor, badımcan histamini çox olan zəngin qidalardandır. Belə tərəvəzlərin istifadəsini məhdudlaşdırmaq lazımdır.
Şokolad, soyuqdəymə şikayətlərini artırır. Soyuqdəymə zamanı inək südü əvəzinə keçi südündən istifadə edilməlidir. Qatıq, və kefir də histamin tərkibi yüksək olan qidalardandır. Xəstə olan zaman qatıq və ya kefiri gündə 400 ml-dən artıq qəbul etməyiniz tövsiyə edilmir.
Xəstəlik zamanı yaşıl çay orqanizmə müsbət təsir göstərmir. Bu səbəbdən yaşıl, qara çay soyuqdəymə zamanı tövsiyə edilmir. Bunun əvəzinə qrip üçün faydalı olan bitki çaylar seçilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1