Язык:
Русский
Vitamin əksikliyinin səbəbləri
21 июля 2018 8742Hazır qidalardan istifadə etmək, insan vücudunda vitamin əksikliyi yarada bilər. Bunun səbəbi doğru qidalardan istifadə etməmək və həzm problemləridir.
Ağız kənarında yaranan çatlaqlar baş sırada gəlir. Bunun üçün təbii qidalardan istifadə etmək lazımdır. Əks halda hazır qidalarda vitaminlərin mövcudluğu az ola bilər.
Üzünüzdə yaranan səpkilər,saç tökülməsi digər əlamətlər sırasında yer alır. Bu, Biotin B7 vitamininin əksikliyi deməkdir. Vücudunuz A,D,E,K kimi vitaminləri toplasa da, B vitamini üçün gərəkli qidaları yemək tövsiyə edilir.
Yanaqlar, qollarda yaranan uyuşuqluq hissi, qırmızı və ağ şişliklər də vitamin əksikliyindən xəbər verir.
Bu hal, A və D vitamini əksikliyinin xəbərçisidir. Bunun üçün təbii yağlardan istifadə etməyiniz tövsiyə edilir. Həmçinin qoz, badam, fısdıq, kökdən istifadə etməlisiniz.
Əllər, ayaqlarda uyuşma hissi B12 və folik asidin azlığından xəbər verir. Bu vitamininin əksikliyi yorğunluq, anemiya, hormon pozuntuları, depressiya kimi problemlər yaradır.
Bunun üçün ispanaq, yumurta, lobya, ətdən bolca istifadə etməlisiniz.
Şiddətli əzələ ağrıları isə maqnezium, potasium, kalsiumun əksikliyindən xəbər verir. Bunun üçün banan, qoz, alma, gilas, brokoli, greypfurt, ispanaq, badam, fındıq yeməyiniz tövsiyə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1