Язык:
Русский
Varikozu olanlar bunlara əməl etməlidirlər
16 мая 2018 7503Varikoz problemi xüsusilə bahar və yaz aylarında daha narahat edən problem halına gəlir. Ayaqlarında varikozları nazikdən qalına gedən şəkildə olan insanlar üçün isti havalar daha çox problemli olur.
Əgər damarlarınız hədsiz dərəcədə üzdədirdə bu zaman ürək-damar cərrahına müraciət etməlisiniz.
Türkiyəli mütəxəssis Semih Barlas, isti havalarda varikozlara müsbət təsir göstərən məqamlarını açıqlayıb.
Sərin yerdə qalın – Həddindən çox isti, ayaqlardakı damarları genişlədir. Ağrıların artmasına yol açır.
Dar paltarlardan uzaq durun – Damarları sıxmaq ağrıların daha da şiddətlənməsinə səbəb olacaq.
Susuz qalmayın – Gün ərzində çoxlu maye qəbul etmək vücudunuzu daha sərin tutacaq. Kifayət qədər su içməmək qanınızı qatılaşdıracaq və dövranına zərbə vuracaq.
Bol hərəkət edin – Gün ərzində ən azı 30 dəqiqə gəzintiyə çıxın.
Hündürdabanlardan uzaq durun – Mümkün qədər altı düz, rahat ayaqqabılar seçin. Ayağınızı gücə salmayın.
Günəş şüalarıda yanmaq yerinə süni qaralmanı seçin – Əgər varikozlardan əziyyət çəkirsinizsə bu zaman günəş şüaları altında qalmayın. Əgər mütləq şəkildə qaralmaq istəyirsinizsə ondan süni qaralmanı seçin.
Ayaqlarınızı yüksəkdə tutun – Oturduğunuz zaman ayaqlarınızın yerdə olması varikozlar üçün daha da zərərlidir. Bunun üçün uyğun olan yüksəklikdə saxlayın.
Yatdığınız zaman da ayaqlarınızın altına yastıq qoyun.
Artıq çəkidən xilas olun – Köklük də ayaqlarınızın normadan artıq yüklənməsinə səbəb olacaq. Bu da damarları daha da ağrılı hala salacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1