Язык:
Русский
Vücudda protein əksikliyi bu problemləri yaradır
12 апреля 2018 7307Bədəninizin proteinə ehtiyacı olub-olmadığını təqdim etdiyimiz əlamətlərlə öyrənə bilərsiniz.
Protein əksikliyi vücudunuzda bir sıra sağlamlıq problemlərinə yol aça bilər. Aparılan araşdırmalara görə, xüsusilə düzgün qidalanmayanlar insanlarda protein əksikliyi ilə qarşılaşırlar.
Protein vücudun ən çox ehtiyac duyduğu qida əlavələri sırasındadır. Dünyada 1 milyar insan protein əksikliyindən əziyyət çəkir. Vücudunuzun bu maddəyə ehtiyacının olub-olmadığnı anlaya bilərsiniz.
Həmin əlamətləri təqdim edirik:
Gün ərzində daima özünüzü ac hiss edirsinizsə bu, protein əksikliyini göstərir.
Yaddaş zəifliyinin əsas problemlərindən biri məhz protein əksikliyidir. BU kimi problemləri tez-tez yaşayırsınızsa həkimə müraciət etməlisiniz.
Vücudunuzun bu maddəyə ehtiyacını göstərən əsas göstəricilərdən biri də yuxu problemidir. Yuxusuz olanların yatmazdan öncə protein tərkibli qidalar yeməyi məsləhət görülür.
Saçların 90 faizi keratin adlı proteindən yaranır. Bu səbəbdən protein əksikliyi olan zaman saçlar incəlir və qırılır.
Sözügedən maddə qaraciyərə də təsir göstərir. Belə ki. əksikliyi qaraciyərdə yağlanma ilə nəticələnir. Müalicə edilmədiyi təqdirdə qaraciyər iltihab və çatışmazlığı yaranır.
Protein çatışmazlığı olduğu zaman ağrılar yarana bilər. Mütəmadi ağrılar baş verdiyi zaman həkimə müraciət edilməlidir.
Sümük zəifliyinin də səbəblərindən biri proteinin az olmasıdır. Bu zaman sümüklər zəifləyir və qırılmağa meyilli olurlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1