Язык:
Русский
Uzunmüddətli ishal hansı xəstəliyin əlamətidir?
22 марта 2018 9165Orqanizmdə baş verən qarın ağrısı, şişkinlik, ishal, qəbizlik insanı narahat edən ağrılardandır.
Bəzən bu ağrılar sadəcə soyuqdəymə səbəbi ilə yaranır bəzən isə bağırsaq infeksiyası buna yol açır. İlk bağırsaq problemləri də adətən ishalla başlayır.
Keçməyən ishal ciddi xəstəliklərin başlanğıcı ola bilər.
Həmin xəstəliklərdən biri də crohn xəstəliyidir. Bu zaman qarın ağrısı və ishal ön planda baş verir.
Halsızlıq, arıqlamaq, şişkinlik kimi bağırsaq şikayətlərlə yanaşı bel, oynaq ağrıları, dəri problemləri də müşahidə edilir.
İltihabi bağırsaq xəstəlikləri xroniki olduğu üçün, ömür boyu müalicə tələb edir. Bu zaman erkən diaqnoz çox vacibdir.
İshal tiroid xəstəliklərindən də xəbər verə bilər. Belə ki tiroid vəzinin çox çalışması hipertirodizm, bəzi tiroid xərçəngləri ya da bağırsağın sinirlərinin də zədələnməsinə səbəb olan diabet xəstəliyi də ishala yol aça bilər.
Bəzən istifadə edilən hansısa dərmanlar da ishala yol aça bilər. Bu zaman həmin dərmanın kəsilməsi tövsiyəsi edilir.
Bəzi əməliyyatlardan sonra da ishallar yarana bilər.
Mədə, öd kisəsi, incə bağırsaq və qalın bağırsaq əməliyyatlarından sonra da ishallar müşahidə edilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1