Язык:
Русский
Uyuşma zamanı nələr edilməli?
09 июня 2018 10085Sol qolda uyuşma varsa ilk səbəb qan dövranının pozulmasıdır. Qolları hərəkət etdirmək, ovalamaq uyuşmağa müsbət təsir edir. Uzanıqlı vəziyyətdə sol qolda uyuşma yaranarsa boyundakı sinirlərin rahatlanmsı lazımdır. Bu səbəbdən ortopedik yastıqlardan istifadə edilməlidir. Masa arxasında çalışanların dik oturması, bel arxasına yastığın qoyulması gərəklidir.
Müəyyən zamanlarda hərəkət etmək qan dövranını sürətləndirdiyi üçün uyuşmağın qarşısını ala bilər. Ancaq sol qol uyuşması mütəmadi olaraq davam edirsə mütləq şəkildə həkimə müraciət edilməlidir.
Əl və qol hərəkətləri
Sinirlərdəki gərilməyi rahatlatmaq üçün əl və qol hərəkətləri vacibdir. Əsnəmə də qan dövranını normala dönməsinə kömək edə bilər. Bu sinirlərdəki sıxışmağın qarşısını ala bilər.
Sol qol uyuşması ağrılıdırsa, şişlik də müşahidə edilirsə isti kompres qolu rahatladar.
Soyuq kompres də sol qol ağrısının keçməsi üçün olduqca tez-tez müraciət edilən müalicə üsuludur. Sol qoldakı uyuşmağın səbəbi iltihabdırsa, soyuq kompres nəticəsində iltihab dağılar.
Uyuşmağın arxasında qidalanma əksikliyi var. Kalsium və B 12 əlavəsi ilə vitaminlər cəhətdən zəngin olan qidalanmağın tətbiqi uyuşma hallarının keçməsinə kömək edər.
Spirtli içki və siqaret sinirləri zədələyir və zəiflədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1