Язык:
Русский
Uşaqlar nə üçün tərləyir?
30 апреля 2020 10295Körpələrdə tərləmə, anaların ən çox qarşılaşdığı vəziyyətlərdən biridir. Bu səbəbdən anaların ağlına“Uşaqlar nə üçün tərləyir?” kimi sualı gətirir.
Tərləmək əslində uşaqlarda da normal qarşılanan vəziyyətdir. Çünki tərləmək, vücud istiliyini normada tutmağa kömək edən fizioloji reaksiyadır. Ancaq bu hal normadan çox gözünüzə çarpırsa mütəxəssisə müraciət etməlisiniz. Əks halda bu, bir çox problemin xəbərçisi ola bilər.
Tərin 90 faizindən çoxu sudur. Geriyə qalan isə potasium, xlor, sodium kimi maddələrdən ibarətdir. İçindəki təbii maddə artdıqca, tər də qoxulu hal almağa başlayır.
Körpələrin tez-tez tərləməyinin əsas səbəbi tər vəziləri sayının çox olmasıdır. Yəni dərilərinin örtüldüyü sahə az ancaq, tər vəzinin çox olması tez-tez tərləməyə yol açır. Uşaq böyüdükcə bu normaya düşəcəkdir.
Uşaqları çox geyindirməyə də ehtiyac yoxdur. 20-23 dərəcə istilik olan otaqda qat-qat geyindirməyə gərək yoxdur.
Az ehtimal da olsa tərləmənin altında yata biləcək xəstəlikləri təqdim edirik:
Tənəffüs yolu xəstəlikləri və allergiyalı vəziyyət
Genetika
İnfeksion xəstəlikləri müalicə məqsədilə istifadə edilən antibiotiklər
Endokrin xəstəliklər
Qan şəkərinin düşməsi
D vitamini əksikliyi
Daha böyük uşaqlarda isə tiroid vəzinin normadan çox çalışması
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1