Язык:
Русский
Uşaqların diş təmizliyi
20 июля 2020 9931Hər valideyn uşağının ağız sağlamlığını qorumağa diqqət göstərir. Diş çürklərinin qarşısını almaq üçün şirin qidalardan uzaq durulmalıdır. Ancaq diş çürüməsinə yol açan bakteriyalar uşağa başqasından da yoluxa bilər.
Körpə doğulduğunda ağız ortamı çürük yaradıcı bakteriyaları qəbul etməsə də valideynin qaşıq, butulka kimi əşyalardan uşağın istifadəsindən sonra valideynin bunlardan istifadə etməsi, ağzına vurması çürük yaradan mikroorqanizmlərin uşağa keçməsinə səbəb ola bilər.İlk süd dişlərindən etibarən körpələrin dişləri özəl fırçalar ilə təmizlənməlidir.
Diş çürüklərinin qarşısını almaq üçün süd, qatıq, pendir yedizdirin.
Özünüzü və körpənizi diş çürüklərindən qorumaq üçün bu tövsiyələrə qulaq verin:
Şəkərli qidalar istifadə edildikdən sonra mütləq şəkildə su içilməli ya da ağız bol su ilə çalxanılmalıdır.
Ağartı məhsullarından istifadə edin.
Diş fırçası 2-3 aydan bir dəyişdirilməlidir.
Ağrıyan dişə spirt, koloniya bastırılmamalı, ən qısa müddətdə diş həkiminə gedilməlidir.
Doğru təmizlik üçün uyğun diş fırçası ilə yanaşı diş ipləri də istifadə edilməlidir.
Seçilən diş fırçası yumşaq olmalıdır.
Həm ağız və diş sağlamlığını qorumaq həm də ağız xərçənglərin qarşısını almaq üçün siqaretdən uzaq durulmalıdır.
Yatmazdan öncə dişlər mütləq şəkildə gündə ən az 2 dəfə, 3dəqiqə ərzində fırçalanmalıdır.
Butulka və digər əşyaları şirin qidalara toxundurulmamalıdır.
Uşaqlara mümkün olan ən erkən yaşda diş fırçalama vərdişi aşılanmalıdır.
Qidalanmasına diqqət göstərilməlidir.
6 aydan bir diş müayinəsinə gedilməlidir.. Diş çürüyü yaranmadan qarşısı alınmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1