Язык:
Русский
Uşaqların barmaq əmmə davranışı zərərlidir?
24 августа 2018 8781Barmaq əmən uşaqlar bir çox valideynin narahatçılığının səbəbləridir.
Türkiyəli pediatr bu barədə vacib məlumatları valideynlərin diqqətinə çatdırıb.
Bu hərəkət uşaqların ən vacib reflekslərindən biridir. Qidalanma üçün önəmlidir. İlk 6 ay qidalanmağın tək yoludur. Uşaqlığın ilk 2-3 ilinə qədər təbii inkişaf edən davranışdır. Qidalanma ilə birlikdə ətrafı da kəşfetmə olaraq uşaqlara müsbət təsir göstərir.
Üç yaşla birlikdə əmmə, yerini təbii qidalanma, danışmağa verir.
Həmçinin uşaqlar bundan zövq aldığı üçün bəzən yaşları artsa da bu davranışa yenə də davam edərlər.
Uzun çəkən barmaq əmmə vərdişinin xüsusilə diş və damaq inkişafına mənfi təsir etdiyi bildirilir. Ancaq buna baxmayaraq bu hərəkət uşaqların daha tez yuxuya getmələrini təmin edir.
Yalnız yuxu ilə əlaqəli olan barmaq əmmə vərdişi də var. Bu zaman uşaqlar daha rahat yuxuya getmək üçün barmaqlarından istifadə edirlər. Bunu tərgitməyin üsullarından biri isə valideynin uşağına kitab oxumasıdır.
Uşağın təbii ehtiyaclarına qarşı normal davranın. Bu hərəkətinə görə insan içində mənfi davranmayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1