Язык:
Русский
Uşaqlarınızın dəcəlliklərini məhdudlaşdırmayın
25 июля 2018 8542Şübhəsiz hər valideyn sakit,dəcəl olmayan uşaq arzu edirlər. Ancaq uşaqların əksəriyyəti bunun tam əksi olur. Mütəxəssislər isə bu dəcəlliklərin uşağa faydalı olduğunu, dünyanı kəşf etdiklərini bildiriblər. Psixoloq Aycan Bulut bu barədə vacib məqamları açıqlayıb.
Valideyn üçün sakit oturan uşaq normal sayılsa da, əslində körpələrin daha hərəkətli olanı müsbət qarşılanır. Valideynlərin uşaqlara həddindən çox məhdudiyyətlər qoyması düzgün deyil. Onlar müəyyən həddə qədər dəcəllik etməlidirlər.
Valideynlərdəki həddindən çox əsəbilik uşaqlarda bu davranışları daha da artıra bilər. Ani hirslənmələr münasibət qopuqluğu yarada bilər. Vurma, atma, qışqırmaq kimi hərəkətləri uşağın xarici aləmə göstərdiyi mübarizə davranışlardır.
Dəcəlliklər əslində uşaqların inkişafı üçün faydalıdır. Çünki bunun sayəsində uşaqlar hansı davranışların yanlış olduğunu öyrənirlər.
Bununla yanaşı uşaqlar marağı öz üzərinə çəkmək üçün də dəcəlliklər edə bilərlər. Bütün uşaqlar fərqli xüsusiyyətlərə malikdir. Ancaq buna baxmayaraq hər uşaq üçün ortaq davranışlar mövcuddur. Onlar hər addımı valideynlərin diqqətini çəkmək üçün edirlər. Həddindən çox verilən qanunlar, qaydalar, məhdudiyyətlər onlar üçün sıxıcı ola bilər. Bu isə güvən əksikliyinə gətirib çıxara bilər.
Ailə daxilində sevgi, hörmət çərçivəsində uşaqların dəcəllik etməsinə icazə verilməlidir. Uşaqla inadlaşmaq yanlışdır. Bunun əvəzinə marağını çəkəcək başqa sahəyə yönləndirmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1