Язык:
Русский
Alimlər müəyənləşdiriblər ki, uşağın danışmaq qabiliyyəti hələ ana bətnində olarkən inkişaf etməyə başlayır.
Bu qənaətə amerikalı alimlər gəliblər. İlkin məlumatlara görə, bu proses körpə 12 həftəliyində olarkən başlayır.
Mütəxəssislər müəyyənləşdiriblər ki, körpə inkişaf mərhələsində olarkən sait səsləri ayırd edə bilir. Bu məlumatlar ana və körpənin baş beyinləri öyrənildikdən sonra əldə olunub.
Digər səs və ifadələrə gəlincə, bu, hələ ki, dəqiq öyrənilməyib, amma alimlər bunun üzərində işləyirlər.
Ananın ifadə etdiyi səsləri körpə artıq 12 həftəliyində olarkən qəbul edir. Bu onunla izah olunur ki, həmin dövrdə körpənin eşitmə siniri formalaşır.
Bundan başqa, ekspertlər qeyd ediblər ki, körpə həmin periodda deyilən bu və ya digər sözlərin intonasiyasını da ayırd edə bilir.
Tədqiqatı aparan qrupun rəhbəri bildirib ki, qeyd olunan dövrdə hamilə qadın emosional gərgin tərzdə danışarsa, körpə narahatçılıq və həyəcan hiss edəcək ki, bu da onun sinir sisteminə, baş beyninə və digər həyati vacib orqanların formalaşmasına öz mənfi təsirini göstərəcək. Məhz buna görə gələcək analara tövsiyə olunur ki, hamiləlik dövründə özlərini sakit aparsınlar, səslərini qaldırmasınlar və ümumiyyətlə, əsəbiləşməsinlər.
Ananın bu dövrdə keçirdiyi bütün hisslər bir başa körpəyə də aiddir və onun ikişafına mütləq öz təsirini göstərir.
Beləliklə, alimlər tövsiyə edirlər ki, analar körpənin 12 aylığından etibarən onunla danışmağa başlasınlar, belə ki, bu dövrdə o, təkcə ayrı-ayrı sözləri deyil, emosiyaları da dərk edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1