Язык:
Русский
Travmotoloq-ortoped Şəhriyar Fəttullayev ilə müsahibə
12 июня 2018 159379 iyun tarixində Mayomed klinikasında HekimTap saytının təşkilatçılığı ilə “Diz ağrılarına multidissiplinar yanaşma” adlı seminar keçirilib. Seminarda Uzman travmotoloq Şəhriyar Fəttullayev və digər həkimlərin dəyərli fikirləri səsləndirilib.
Travmotoloq-ortoped Şəhriyar Fəttullayev ilə müsahibəni təqdim edirik:
Mən Şəhriyar Fəttullayev Azərbaycan Tibb universitetində Bakalavr təhsilini bitirmişəm. Sonra uzmanlıq təhsilini də Ankara universiteti, İbn Sina xəstəxanasında almışam. Ortopedik və travmotologiya təhsilimdə bir çox xəstələri müayinə və müalicə edərək əməliyyatdan sonra da müşahidələrini aparmışam. Daha sonra Azərbaycana qayıtmışam. İki ilə yaxındır burada fəaliyyət göstərirəm. Caspian İnternational xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri və travmotoloq olaraq çalışıram. Sahə üzrə bir çox xəstəlik növlərini müayinə -müalicə və əməliyyatları icra edirik. Müasir texniki avadanlıqlara da sahibik.
Ən çox bel ağrısı ilə şikayət edirlər. Ümumiyyətlə baxdığımızda ağrılar mövsümi xarakter daşıyır. Yay –qış vaxtı ağrılar da müxtəlif olur. Qışda daha çox diz ağrıları müşahidə edirik. Yayda isə uşaqların yıxılmaları ilə nəticələnən sınıqlar, avtomobil qəzaları səbəbindən müraciət daha çox olur.
Müxtəlif səbəblər mövcuddur. Ən çox rastlanılanı isə disk yırtığıdır. Fəqərələr sürüşməsi, beldəki əyriliklər – Skolyoz, əzələ spazmı, onurğanın şişi, infeksiyası və s səbəblər də ola bilər.
Bunun da mərhələləri var. Əsas məsələ hansı mərəhələlərdə hansı müdaxilələrin edilməsidir. İrəli mərhələdə məcburi əməliyyat edilir. Ancaq ilkin zamanlar əməliyyat etmirik. Fizioterapevtik üsullarla müalicə etməyə çalışırıq. Ancaq təkrarlana bilər. Buna kimsə zəmanət verə bilməz.
Bunu düzgün görmürəm. Fəqərə dəyişməsi zamanı həmin yerdə mövcud olan bağlarda zədələnmə, problem var ki o yerini dəyişir. Bəsit dartınma və s üsul isə həll olmaz. Daha da zədələnməsinə yol aça bilər. İstifadə edilən metodlarla ağrı bir miqdar azala bilər. Ancaq yerini dəyişən fəqərə əsla yerinə düşə bilməz.
Bu yaşa görə də dəyişir. Məsələn, uşaqlarda revmotoloji səbəblər ola bilər. Hansısa xəstəliyin əlaməti ola bilər. Menisklə bağlı problem ola bilər.
Gənclərdə, menisk yırtıqlar və degenerasiya, qığırdaqlardakı degenerativ problemlər və s ola bilər.
Yaşlılarda kirəclənmə (artroz) əsas səbəb ola bilər.
Yanlış fikirdir. Oynaq içərisindəki maye bəzilərində azala, bəzilərində isə arta bilər. Amma bu xəstəliyin əsas əlaməti deyil. Əsas məsələ qığırdaqda baş verən problemdir. Kənardan maye vurulduqda bu, qığırdaqda gedən problemi nisbətən ağrıkəsici kimi ola bilər. Sadəcə bir qismi kommersiv xarakter daşıdığından dediyiniz məsələ bu qədər populyardır. Amma bu gun kirəclənməni iynə ilə müalicə yanlışdır.Əsas qığırdaqdakı gedən problemi aşkar etmək və qarşısını almaq lazımdır. Əgər irəli dövrdədirsə qığırdaqları dəyişmək lazımdır.
Fəaliyyətimizin insanlara çatdırılmasında və elmi konfransların keçirilməsində bizə çox böyük dəstək verirlər. Bunun üçün təşəkkür edirəm. Çox məmnunam.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1