Язык:
Русский
Trans yağların yaratdığı xəstəliklər
14 сентября 2018 10081Trans yağların insan sağlamlığı üçün necə zərərli ola biləcəyindən bəhs etmişdik. Bu dəfə isə bu növ yağların hansı xəstəlikləri yarada biləcəyindən bəhs edəcəyik.
Trans yağlar vücudunuzdakı Omerga 3 yağlarının quruluşunu pozar və istehsalının qarşısını alar.
Pis xolestreni yüksəldir. Qandakı mənfi xolestren yüksəldiyi zaman damar çəpərlərində toplaşmağa başlayır.
Damarların tıxanması, beyin və digər orqanlara kifayət qədər qanın dövr etməsinin qarşısını alır. Bu da infarkta yol aça bilər.
Trans yağlar məhz xolestren cəhətdən insana mənfi təsir göstərə bilər.
Bununla yanaşı damar tıxanıqlığı, damar sərtliyi yaradır. Bu da diabet, infarkt, ürəkgetmə kimi xəstəliklər riskini artırır.
Altsheymer xəstəliyi riskini yüksəldir.
Qaraciyər xəstəliklərini yaradır.
Şəkərli diabet xəstəlik riski yüksəlir.
Piylənmə və göbək nahiyəsində yağlanmağa səbəb olur.
Bundan başqa qadınlarda sonsuzluq da yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1