Язык:
Русский
Tibb - qlobal faciə kimi
14 декабря 2018 8143Diqqətinizə çatdırırıq ki, mövzu çox geniş olduğundan onu sizlərə hissə-hissə təqdim edəcəyik. Postlarımızda son bir neçə onillikdə tibb sahəsində baş verənlərdən və gələcək inkişaf perspektivlərindən danışacağıq.
Əvvəlcədən qeyd etmək istəyirik ki, post tibbi meynstrimdən kənar olduğu üçün mübahisələrə səbəb ola bilər.
Tibbin başlıca problemi pasiyent və həkim maraqları arasındakı konfliktdir. Xəstə insan sağalmaq istəyir. Lakin sağlam adam həkimlərə pul xərcləmir. Ona görə də əhalini müalicə etmək həkimlərin marağında deyil (təəssüf ki, müasirliyin reallığı budur).
Gəlin əvvəlcə tibbin tərifinə baxaq: “Tibb - sağlamlığın qorunması, möhkəmləndirilməsi, insan həyatının uzadılması məqsədi daşıyan elmi bilik və təcrübələr sistemidir və bu sistem xəstəliklərin öyrənilməsi, müalicəsi və qarşısının alınmasına xidmət edir”.
İndi görək, səhiyyə sistemində iştirak edən fiqurlar hansılardır? Təbii ki, deyəcəksiniz - adi insanlar - pasiyentlər (başlıca “istehlakçılar”), həkimlər, müvafiq dövlət strukturları. Yalnız bunlarmı? Əlbəttə ki, yox!
Səhiyyədə bir çox vacib tendensiyaları diqtə edən təşkilatlar mövcuddur. Bunlar - əczaçılıq şirkətləri, tibbi təyinatlı avadanlıq istehsalçıları, sığorta təşkilatlarıdır. Onların fəliyyəti təkcə prosesdə iştirak etmək yox, həm də səhiyyədən külli miqdarda mənfəət əldə etməkdir.
Onların fəaliyyəti artıq “tibb nə üçün lazımdır?” sualını cavablandırır - “tibb - qazanc mənbəyidir!”
Bizi izləyin - gələcək postlarımız qlobal səhiyyə ilə bağlı bir çox gizli məqamlara aydınlıq gətirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1