Язык:
Русский
Terapevtlər – səhhətinizin keşiyində
04 августа 2018 9356HəkimTap-ın müsahibi “Aysmed” klinikasının həkim-terapevti Tural Qənbərlidir.
– Terapevtlər orqanizmin müxtəlif problemləmləri ilə məşğuldurlar. Buraya tənəffüs orqanları patologiyalarını, ürək-damar sistemini, mədə-bağırsaq traktını, dayaq-hərəkət apparatını, müxtəlif, bəzən isə çox nadir xəstəliklərin diaqnostikasını aid etmək olar.
“Terapevt” – “xəstənin qayğısına qalan insan” deməkdir. Bizim dövrdə xəstələrin ilk müraciət etdikləri həkim – terapevtdir. O, təkcə xəstəliyin müalicəsi ilə məşğul olmur, həm də çox vacib ümumklinik məsələləri həll edir. Peşəkar və keyfiyyətli müayinə əsasında terapevt diaqnozu dəqiqləşdirmək üçün əlavə müayinə təyin edir və pasiyentə xəstəliyin mümkün səbəblərini və onun aradan qaldırılması yollarını göstərir. Terapevtin söhbət və izahları psixoloji mahiyyət daşıyır, belə ki, pasiyent xəstəliyi və onunla mübarizə qaydaları haqda daha çox məlumat alır.
– Əksər hallarda damar xəstəlikləri, vegitativ distoniya, ağciyər xəstəlikləri, bronxitlər, pnevminiya, mədənin xora xəstəliyi, disbakterioz və s.
– Əlbəttə ki, bu düzgün deyil və bəzən çox təhlükəlidir. Çünki internetdən alınan məlumatı hərə bir cür “həzm” edir və bu da yanlış nəticələrə, ciddi patologiyalara gətirib çıxarır. Əlbəttə ki, ən doğru vasitə həkimə müraciət etməkdir.
– Hər bir insana özündə qan, sidik, EKQ, qlükozanın təyini, xolesterinin səviyyəsinin təyinini birləşdirən skrininq müayinəsi vacibdir. Hər hansı şikayət olarsa, terapevtin yönəltidiyi əlavə müayinə aparılır.
– Qripin ağırlaşmaları çox müxtəlifdir. Onlar tənəffüs sistemində (bronxit, pnevmoniyalar), LOR-da (sinusitlər, faringitlər, nevritlər, polinevritlər), sidik ifrazı sistemində (pielonefrit, qlomerulonefritlər), ürək-damar sistemində (miakardit, ürək ritminin pozulması), dayaq-hərəkət aparatında (artritlər, miozitlər, spondiloartritlər) ciddi fəsadlar yarada bilər.
– Peyvənd qripin ağır formalarından və ağırlaşmalardan qoruyur. Epidemiya dövründə xroniki infeksiya ocaqlarını aşkar etmək və sanasiya üçün kompleks müayindən keçmək lazımdır.
Bundan başqa, xüsusi qaydalara əməl etmək vacibdir:əlləri sabunla müntəzəm və yaxşı-yaxşı yumaq, qrip simptomları olan insanlarla kontakta girməmək, öskürdükdə və ya asqırdıqda ağız və burnu tibbi tənziflə örtmək, otaqların havasını dəyişmək, lazımi qədər yatmaq, düzgün qidalanmaq və fiziki aktivliyi qoruyub saxlamaq lazımdır.
Kəskin respirator virus infeksiyaları əlamətləri (36.7-dən yuxarı qızdırma, titrətmə, boğazda ağrı, öskürək, yorğunluq, baş ağrısı və s). yaranarsa, evə həkim çağırılmalı, xəstənin ailənin digər üzvləri ilə kontaktı məhdudlaşdırılmalı, gigiyena qaydalarına ciddi əməl olunmalıdır.
– Terapevt ixtisası məncə tibbdə ən maraqlı sahədir. Çünki o, həkimin təfəkkürünün təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır. Biz xəstəliyin səbəblərini müəyyənləşdirməyə yardım göstərə, diaqnostik alqoritmi tərtib edə, lazım gələrsə, pasiyenti digər mütəxəssis müayinəsinə göndərə bilirik. Əlavə instrumental və ya laborator müayinə təyin etməyə səlahiyyətimiz çatır. Və əlbəttə ki, başlıca işimiz pasiyentlərin yüksək səviyyəli müalicəsini təmin etməkdir. Buna görə də sənətimi çox sevirəm.
Bütün pasiyentlərimə tezliklə sağalmağı və adət etdikləri həyat tərzinə qayıtmalarını arzulayıram.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1