Язык:
Русский
Təhlükəli qadın xəstəliklərinin əlamətləri
28 марта 2018 11862Vücudunuzda tez-tez gördüyünüz və adi sandığınız problemlər vacib xəstəliklərin əlaməti ola bilər. Əksər xəstəliklər üçün isə ilkin diaqnoz vacib şərtdir.
Tez-tez tualet erhiyacı həzm sistemində baş verən problemlərin xəbərçisi ola bilər. Belə insanlarda diabet və vaginal pozğunluğu kimi problemlər müşahidə edilə bilər.
Çox su içən insanların tualetə getməyi normal qəbul edilir. Bu vəziyyətin normal olmadığını hiss etmədiyiniz an uroloqa müayinəyə getməlisiniz.
Səbəbsiz yerə arıqlamağınız xəstəlik əlaməti ola bilər. Ani və səbəbsiz çəki itkiləri xərçəng, crohn xəstəliyi və 2-ci tip diabet xəstəliklərin tez-tez əlamətləri arasında yer alır.
Hansısa səbəbi olmadığı halda 6-12 ay arasında 10-15 kq arıqlamağınız bu vəziyyət diqqətə alınmalıdır.
Qadın vücudunda gərəkdiyindən artıq baş verən tüklənmə kişi hormonunun çox olduğu mənasına gəlir. Kişi hormonunun çox olması süd vəzi xərçəngi, maddələr mübadiləsi pozuntuları xəstəliklərinə yol aça bilər.
Vücudunuzda tüklənmənin normal olub-olmadığını anlamaq üçün endokrinoloqa müraciət edilməlidir.
Klimaksdan sonra qanaxmalar baş verə bilər. Bu vəziyyət normal qəbul edilir. Ancaq həmçinin mioma kimi də xəstəliklərin xəbərçisi ola bilər.
Süd vəzi xərçənginin ilk zamanlarında müşahidə edilən əlamətlərdən birisi isə sinədə ağrının baş verməsidir.
Bu səbəbdən süd vəzində dəyişiklik olub-olmadığını, qızarıqlıq, büzüşmənin olub-olmadığını yoxlayın.
Vaginadan gələn pis qoxular da infeksiya xəbərçisi ola bilər. Alt paltarında da müşahidə edilən ləkələr eyni problemin xəbərçisi ola bilər.
Vaginadan gələn yaşılımtıl ləkələr təhlükədən xəbər verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1