Язык:
Русский
Susuzluğu qəbul edən qidalar
05 июля 2020 8197Yaz-yay aylarında isti havalarla əlaqədar olaraq tərləmə, maye itkisi, susama duyğusu daha çox artır. Vücuddakı hər orqanın normal fəaliyyəti üçün itirilən maye təmin edilməlidir. Su içmədən keçirilən zaman, bir neçə saat sonra halsızlıq, yorğunluq yarada bilər.
İnsan vücudundakı su miqdarının qorunması həyati əhəmiyyət kəsb edir. Susuzluq ilk olaraq böyrəklərə mənfi təsir edir.
Vücudun kifayət qədər maye qəbul edə bilməsi üçün gündə ən az 2-2,5 litr su istifadəsi gərəklidir. Vücud su tələb etmədən maye qəbul edilməlidir. Xüsusilə yaz aylarında asitli içkilərdən uzaq durulmalıdır. İçilən çay və qəhvənin miqdarı artıq olarsa bədəndə maye itkisi yarana bilər. Bu səbəbdən daha çox yeni sıxılmış meyvə suları, ev üsulu hazırlanan limonat, ayran qəbul edilməlidir.
Susuzluğu təmin edən qidaları təqdim edirik:
Xiyar – Tərkibində 95 faiz su mövcuddur. İsti havalarda yeyilə biləcək vacib qidalardandır. A, C vitamini ilə zəngindir.
Qovun – Potasium, C vitamini ilə zəngindir. Qan təzyiqini tənzimləyir, qəbizliyi aradan qaldırır və tox tutar.
Pomidor – Tərkibində likopen mövcuddur. İmmunitet sistemini gücləndirir. Pomidor suyu vücud üçün olduqda faydalıdır.
Çiyələk – C vitamini ilə zəngindir. 90 faizi sudan ibarətdir. Ürək-damar xəstəliklərinin qarşısını alar. İnfeksiyalara qarşı qoruyar. Uzunmüddət tox tutar.
Qatıq – Tərkibi daha çox sudan ibarətdir. Bağırsaqların fəaliyyətini tənzimləyir. Sərinləşdirici xüsusiyyəti var. Sümüklər, dişlər, əzələlər üçün faydalıdır.
Qarpız – Tərkibinin 92 faizi sudur. Likopen, C vitamini ilə zəngindir.Həmçinin tərkibindəki B vitamini gün ərzində enerjini qorumağa kömək edir. Qan dövranını sürətləndirir. Zərərli maddələri vücuddan uzaqlaşdırmağa kömək edir. İsti havalarda daha çox istifadə edin. Ancaq içərisindəki şəkər miqdarının çox olduğu unudulmamalıdır.
Bibər – Bol miqdarda A və C vitamini ilə zəngindir. Tərkibi, hüceyrələrin sağlam inkişafına kömək edir.
Limon – 90 faizi su olduğu üçün yaz-yay fəsillərində şəkərsiz limonad olaraq istifadə etməyiniz tövsiyə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1