Язык:
Русский
Stress insan üçün faydalı imiş – Səbəbləri
03 июля 2018 9014Ozon təbəqəsinin deşilməsi, fabrik və zavodlardan çıxan tullantılar, kimyəvi tullantılar, qlobal istiləşmə özü ilə bərabər bir çox problemlərə səbəb yaradır. Vəziyyət o yerə gəlib ki, udduğumuz havada belə toksin maddələr mövcuddur. Bu zərərli maddələr insanlar üzərində keçməyən xəstəliklərə də səbəb ola bilər.
Türkiyəli mütəxəssislər mövzu ilə bağlı həyəcan təbili çalırlar.
Aparılan araşdırmalara görə, 100 il öncə xəstəliklərin sadəcə 10 faizi xronik xəstəlik təşkil edirdisə, artıq bu göstərici 90 faizə yüksəlib.
İstifadə edilən hazır paket qidalar, qatqı maddələri, süni rəngləndirici və dadlandırıcılar bağırsaq probleminə yol açır. Bu hal əksər insanda bağırsaq florasının pozulması ilə nəticələnir. Bununla da immunitet sistemi zəifləyir.
Pozuntular çox zaman baş dönməsi, bulantı, qızdırma ilə özünü biruzə verir. İnsanlar isə problemi həll etməyə çalışırlar. Ancaq bu tamamilə yanlışdı. Çünki bu göstəricilərə səbəb olan xəstəliyi araşdırıb tapmaq lazımdır.
Türkiyəli mütəxəssis Ercüment İlgüzün sözlərinə görə, yaranan anlıq stresslər zərərli deyil, əksinə olaraq faydalıdır. Çünki iş həyatında işləyən insanlar səhər tezdən durur. İşə çatdığında isə bir çox sənədlərin qaldığını görür. Təbii olaraq isə bu stresə səbəb olur.
“Yaranan ani streslər faydalıdır. Vücudun funksiyalarını fəallaşdırır və işi daha tez görməyə kömək edir”,-deyə həkim bildirib.
Ancaq uzunmüddətli stress bədəndə kortizon hormonlarının yaranmasına səbəb olur ki, bu da bir sıra xəstəlikllərin başlanğıcına çevrilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1