Язык:
Русский
Sistit xəstəliyinin səbəbi və qorunma yolları
25 мая 2020 11681Sidik yollarının iltihablanması olan sistit, sidik yollarında ən çox görülən xəstəliklərindən biridir. Qadınlarda daha çox müşahidə edilir. Vaxtında müalicə edilməzsə böyrəklər də bu infeksiyadan təsirlənərək qalıcı hal ala bilər.
Bəs sistitin əlamətləri nədir?
Sidiyə gedərkən yanma
Tez-tez tualetə getmək
Qızdırma
Tərləmə
Yorğunluq
Qusma, bulantı
Cinsi münasibətdə ağrı
Bəs diaqnoz necə qoyulur?
Müəyyən testlərdən sonra müəyyən edilir. Bu analizlərə sidik,qan, USM daxildir. Bu analizləri etməkdə məqsəd xəstəliyi yaradan bakteriyanı tapmaqdır. Əsas səbəb müəyyən edilib müalicə edilməzsə xroniki hala keçər və vücudu zəiflədər.
Bəs müalicə necə aparılır?
Bu zaman antibiotiklər təyin edilir. Daha sonra çıxan nəticələrə görə dərmanlar dəyişdirilə bilər. Xroniki infeksiyalarda müalicə uzana bilər.
Bəs qorunma yolları necədir?
Tualet ehtiyacını gördükdən sonra öndən arxaya doğru silinin. Beləliklə vaginal nahiyədə bakteriyaların sidik yollarına daxil olmasına mane olursunuz.
Sidiyi saxlamaq olmaz. Mümkün qədər tez-tez edin. Beləliklə bakteriyaları atmış olarsınız.
Gün ərzində bolca su için. Bu bakteriyaların artımının qarşısını alacaqdır.
Qəhvə, çay,spirtli içkilərdən az istifadə edin.
Hər gün alt paltarınızı dəyişin və pambıqlı geyimlərdən istifadə edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1