Язык:
Русский
Siqareti tərgitmək istəyənlər bunu etsinlər
16 апреля 2020 8535Əksər insanlar, xüsusilə kişilər, siqaret aludəçiliyindən şikayətçidirlər.
Bəs siqaret tərgitməyin yollarını axtararkən bunun nə üçün çətin olduğunu düşündünüzmü?
Siqareti tərgitmək çətindir çünki:
Tərkibindəki nikotin, asıllıq yaradır.
Nikotin əksikliyi yenidən çəkmək istəyi oyandırır.
Başqalarının da siqaret çəkməsi sizdə o hissi oyada bilər.
Sağlamlığa zərərinin olmadığını düşünənlər var.
Həyatın bir parçası kimi görünür.
Bəs asıllıq yaradan təsirlərdən xilas olmaq mümkündür?
Bu, ilk olaraq iradədən asılıdır.
Tərgitmək üçün:
Tarix düşünərək özünüzü buna məcbur edin. Siqareti tərgitmək üçün bir gün seçərək özünüzü buna istiqamətləndirə bilərsiniz.
Siqareti tərgitmiş insanlarla danışın. Necə bacardıqlarını görmək və eşitmək sizə cəsarət verəcəkdir.
Ən çox siqaretdən istifadə etdiyiniz zamanları qeyd edin. Bu ərəfələr başqa şeylərlə başınızı qatın.
Getmək üçün sosial məkanlar axtarırsınızsa siqaretdən istifadə edilməyən məkanları seçin.
Nə üçün tərgitmək istədiyinizi düşünün və qarşınıza məqsəd qoyun. Bunu mütəmadi olaraq özünüzə təkrarlayın.
Siqareti təbii yollarla da tərgitmək mümkündür. Siqaret istəyini öldürən bir çox bitki növləri vardır:
Çobanyastığı çayı – Bu çay mövcud istəyi öldürərkən əsəbilik halını yatışdırır. Antioksidant xüsusiyyəti vardır. Siqaret çəkmək istədiyiniz zaman bu çaydan istifadə edə bilərsiniz.Ancaq çox istifadə edildiyi zaman əks təsirləri də yarana bilər. Bu səbəbdən bir ay ərzində bir-iki stəkan içməlisiniz.
Zəncəfil - Hər dərdə dəva ola biləcək zəncəfil də siqareti tərgitmək istəyənlər üçün effektli ola bilər. Ürəyiniz sıxılıb siqaret çəkmək istəyəndə zəncəfildən bir parça ağzınıza qoyub çeynəyə bilərsiniz.
Pomidor suyu – Vücudda yaranan toksinləri atmağa kömək edir. Həmçinin nikotin istəyini də azaldır. 20 gün ərzində bri stəkan pomidor suyu içə bilərsiniz.
Sarımsaq – Bu pis vərdişdən xilas olmaq üçün yeməklərdən öncə iki diş sarımsaq yeyə bilərsiniz. Gələn qoxunun qarşısını almaq üçün sarımsaqların üzərinə limon sıxa bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1