Язык:
Русский
Siqaret çəkənlərdə yuxu rejimi olmur
24 апреля 2018 8029Günə enerjili başlaya bilmək, müxtəlif xəstəliklərə tutulmamaq üçün yaxşı yuxu rejimi əsas şərtdir. Yuxusuzluğun zərərləri isə saymaqla bitmir. Türkiyəli nevroloq Okan Bölükbaşı yuxu ilə bağlı vacib məlumatları bildirib.
Öncə keçmişdən bəzi məlumatları nəzərinizə çatdıraq. Belə ki, 1950-ci illərə qədər bir çox insan yuxunun insan sağlamlığına təsir etdiyinə inanmırdılar. Daha sonra aparılan araşdırmalar isə yuxunun ilk olaraq beyinə necə çox mühüm təsir etdiyini təsbit ediblər.
Həkimin sözlərinə görə, siqaretdən istifadə edənlərdə adətən dovşan yuxusu olur. Nəfəs açıcı dərmanlar, spreylər, kafeinli içkilər və s yuxusuzluğun əsas səbəbləridir. Siqaretdən istifadə edənlərdə isə göz hərəkətləri aktiv olur. BU isə yuxu miqdarını azaldır. Yatdıqdan 3-4 saat sonra qanda nikotin miqdarı artaraq hakimlik etməyə başlayır. Bu isə oyanmağa səbəb olur.
Yuxusuzluqdan şikayətlənənlər adətən spirtli içkilərə üz tuturlar. Ancaq mütəxəssis spirtli içkilərin də yuxunu poza biləcəyini bildirib. Bu, yağışdan qaçan zaman doluya tutulmaq kimidir. Mütəmadi istifadə edildiyi zaman bu faydalı deyil zərərli olur. Çünki belə içkilər qısa müddətdə təsir edər. Uzunmüddətli istifadə zamanı isə insanlar pian olarlar. Vücud isə buna öyrəşdiyi üçün yuxu gətirməz.
Yeni doğulan uşaqlarda 16 saat, böyüklərdə 7-8 saat kifayətdir.
Hamiləliyin ilk 3 ayında isə yuxunun artımı müşahidə oluna bilər. Bu tam olaraq normal qəbul edilir.
İnsanlar qocaldıqca isə yuxu müddəti azalır.65 yaşdan sonra isə yuxusuzluğun görünməsi çox normaldır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1