Язык:
Русский
Sidik qaçırma nə üçün baş verir?
19 июля 2020 12713Sidik qaçırma, nəzarət edilə bilməyən və sidiyi saxlaya bilməmək halıdır. Hər yaşda yaşanıla bilən problemdir. İrəli yaşlarda daha çox müşahidə edilir. Sidik qaçırma yaşayış normasına mənfi təsir göstərir, sosial və psixoloji problemlərə yol aça bilər. Bu problem qadınlarda daha çox görülür.
Sidik qaçırmağın növləri vardır:
Gülərkən, asqırarkən, öskürərkən, ağır əşya qaldırarkən sidik kisəsinin təzyiqi artaraq sidik qaçırma baş verə bilər. Bu, sinir və əzələ zəifliyi ilə bağlıdır.
Bəzən isə xəstə anidən narahatçılıq hiss edər və nəzarətsiz şəkildə sidik qaçırma baş verə bilər.
Bəs səbəbləri nədir?
Piylənmə
Yaşlılıq
Sidik kisəsinin sallanması
Genetik
Qəbizlik
Sistit
Vaginal infeksiyalar
Şəkər xəstəliyi
Böyrəkdə problem
Kişilərdə prostat böyüməsi
Əzələlərin genişlənməsi
Depressiya əleyhinə qəbul edilə dərmanlar
Altsheymer xəstəliyi
Sinir sistemi xəstəliyi və s.
Çox doğuş keçirən qadınlarda klimaksdan ya da çətin doğuşlardan sonra sidik qaçırma problemi yaşana bilər. Bəzən heç doğuş etməyən qadınlar da bu problemdən əziyyət çəkə bilərlər. Xüsusilə ağır yük qaldırma, öskürmə, asqırma, şiddətli gülmə vəziyyətlərində sidik qaçırma vəziyyətləri baş verə bilər.
Bəs sidik qaçırma diaqnozu necə qoyulur?
Pasiyentdən ətraflı şikayətlər soruşulur. Forması və baş vermə sıxlığı araşdırılır.
Baş vermə səbəbi araşdırıldıqdan sonra isə düzgün resept həkim tərəfindən təyin edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1