Язык:
Русский
Sahurda yeyilməli olan tox tutan qidalar
24 мая 2018 6470Müqəddəs Ramazan ayı ərzində düzgün qidalanaraq bir ayı daha rahat keçirə bilərsiniz.
Sahurda yediklərinizə diqqət edərək bütün gün rahat oruc tuta bilərsiniz.
Uzunmüddət tox tutan qidalar arasında yer alan çovdar çörəyi bağırsaqlara müsbət təsir göstərir. Sahurda ağ çörək yerinə çovdar çörəyi yeməyiniz daha məsləhətlidir.
Mədə problemlərinə müsbət təsir göstərən çörəkotunu istəsəniz qatıq,, salat və digər qidalarla birlikdə yeyə bilərsiniz.
Sahurda meyvə olaraq avocado və banana yeyə bilərsiniz.
Sahurda ən çox istifadə edilən qidalar arasında yer alan zeytun sağlamlıq üçün faydalı olmaqla yanaşı həm də tox tutmağa yardım edir.
Yuxu probleminə faydalı olan qatığı tox tutma xüsusiyyəti ilə birlikdə seçə bilərsiniz. İçinə atıla biləcək bir qaşıq darçın isə qan şəkərini tənzimləyir.
Sahurda yeyə biləcəyiniz yumurta da size tox tutan qidalardandır.
Sahurda yeyə biləcəyiniz və uzunmüddətli tox tuta biləcək qidalar arasında pendir və süd də yer alır. Proteinlə zəngin olan bu məhsullar size bütün günü tox tutacaq.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1