Язык:
Русский
Sağlamlığınızı pozan qidalar
26 марта 2020 13240Son zamanlar xəstəliklərin sayı kifayət qədər artıb. Belə ərəfələrdə keyfiyyətli qidalardan istifadə etmək vacibdir. Ancaq istifadə edilən bəzi qidalar bir çox xəstəliklərə yol açır.
Bəs faydalı sanıb əslində zərərli olan qidalar hansıdır?
Popkorn – Bu nisbətən xeyirli qidadır, ancaq, onun hansı şəraitdə harada hazırlanması əsasdır. Belə ki, sobada partladılan qarğıdalıların faydadan çox zərəri mövcuddur. Əks halda qaraciyər, böyrək və s kimi xəstəlikləri qaçınılmazdır.
Konserv qidalar – Alminium qutular, xərçəngə səbəb olan BPA ilə bağlıdır. Pomidor və asit miqdarı yüksək digər konservləşdirilmiş qidaları qutusundan yemək çox təhlükəlidir.
Cips – Tərkibində yanlız yüksək dərəcədə yağ və sodium yoxdur. Həmçinin süni dadlandırıcılar, qida rəngləndiricilər mövcuddur.
Döyülmüş, çox qızardılmış qırmızı ətlər – Bu siyahıya qamburger, sosis, sendviç kimi qidalar daxildir. Bu kimi qidalar xərçəng xəstəliyi riskini artırır.
Trans yağlar – Bu kimi yağlardan uzunmüddət yeni qaldığı üçün istifadə edilir. Hazırki zamanda təəssüf ki bir çox qidaların tərkibində məhz bu yağlar mövcuddur.
Bəyaz un – Bir çox dəyirmanlarda unlar kimyəvi maddə olan xlor qazı ilə ağardılır ki bu da bir çox xəstəliklərin başlanğıcı ola bilər.
Genetikası dəyişilmiş qidalar - Belə qidalar gec xarab olur və daha dayanıqlıdır. Amerika və bir çox ölkələrdə əksər taxıllı bitkilərin genetikası dəyişilib.
Süni dadlandırıcılar – tərkibindəki kimyəvi maddələr vücudda toksinə çevrilir.
İsti içkilər – Aparılan araşdırmalara görə, mütəmadi olaraq isti içkilərdən istifadə etmək qida borusuna zərər verir. Həmçinin boğaz xərçəngi riskini artırır.
Təbii olmayan meyvə və tərəvəzlər – bu kimi məhsullarda atrazin, orqanofosfat kimi təhlükəli pestisitlər mövcuddur. Bu da ciddi sağlamlıq problemlərinə yol aça bilən kimyəvi maddələrdir. Təəssüf ki, belə məhsulları yumaqla da üzərindəki qalıqları təmizləmək mümkün olmur.
Marqarin də zərərli qidalardan biridir. Belə ki tərkibində trans yağ, qida boyası, soya yağı mövcuddur.
Hazır toyuq ətləri, dondurma, naqetlər, duz da zərərli qidalar siyahısına daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1