Язык:
Русский
Sağlam və parlaq dəri üçün bunları edin
06 августа 2018 9063Hər gün mütəmadi olaraq dəri baxımınıza ayıracağınız bir neçə dəqiqə ilə daha sağlam, parlaq dəri formasına sahib ola bilərsiniz.
Bu barədə Acıbadem Atakənd xəstəxanası Dəri xəstəlikləri mütəxəssisi Selda Yıldırım vacib məlumatları nəzərə çatdırıb.
Dərinizi gündə iki dəfə təmizləyin – Səhər və axşam dərinizi təmizləyin. Bunun sayəsində üzünüzdə toplanan kir və tozlardan xilas olacaqsınız. Dərisi quru və həssas olan insanlar isə təmizləyici kremlərdən üz yuma gellərindən istifadə etməlidir. Dərinizin zərər verməməsi üçün dərini yüngülcə silməlisiniz.
Nəmləndirici çəkməyi unutmamalısınız – Payızda dəri ilə bağlı şikayətlər arta bilər. Bunun üçün dərini qoruyan zərərli faktorlardan qorumaq lazımdır. Alınan kremllər isə dəri tipinə uyğun olaraq alınmalıdır.
Düzgün olmayan baxım isə sızanaqları yarada bilər.
Dərinizi susuz qoymayın – Dəri bütün vücudunuzu əhatə edir. Önəmli faktordur, orqanınızdır. Su içmək dərini nəmləndirməyin ən gözəl üsuludur. Gündə təxminən 8-10 stəkan su içilməlidir.Dərinin susuz qalması onun qulluqdan kənar qalması deməkdir.
Gündə 8 saat yatın – Bu sizin gündəlik dəri qulluğunuzun sonu deməkdir. Yuxusuzluq dəriyə mənfi təsir göstərərək onu qidasız qoyur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1