Язык:
Русский
Sağlam dişlərə sahib olmaq istəyirsinizsə ...
25 декабря 2018 7401Sağlamlığın ən vacib göstəricilərindən biri diş sağlamlığıdır. Qədim dövrdə insanının sağlamlığı dişlərinə baxaraq anlaşılırmış. Müasir dövrümüzdə sağlamlıqla yanaşı, estetik baxımdan da dişlər mühüm əhəmiyyət daşıyır.
1. Yatmazdan əvvəl dişlər mütləq fırçalanmalıdır və bu müddət 2 dəqiqədən az olmamalıdır. Mikroblardan qurtulmaq üçün dilin üstü də fırçalanmalı, daha yaxşı nəticə əldə etmək üçün diş ipi və ağız yaxalayıcılarından istifadə olunmalıdır.
2. Hər 6 aydan bir stomatoloq müayinəsində olmaq lazımdır.
3. Müəyyən aralıqlarla diş daşları təmizlənməlidir.
4. Diş fırçanızı 2-3 ayda bir dəyişin.
5. Diş minəsinə zərər verə biləcəyi üçün diş qıcama, sıxma kimi vərdişlər nəzarət altına alınmalıdır.
6. Ağız və diş sağlamlığı üçün siqaretdən uzaq durun.
7. Hər yeməkdən sonra ağzınızı su ilə yaxalayın.
8. Alma, kök kimi meyvə və tərəvəzlər dişlənərək yeyilməlidir.
9. Süd, pendir kimi qidalar istifadə olunmalıdır.
10. Diş və diş ətlərinin sağlamlığı üçün gündə 1 stəkan yaşıl çay için.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1