Язык:
Русский
Reflüks xəstələri bunları etməməlidir
14 мая 2018 9592Reflüks mədə xəstəliyidir. Bəzi qidalar isə bu xəstəliyi daha da şiddətləndirir.
Mütəxəssislər xəstəliyin şiddətini azaltmaq üçün bəzi tövsiyələr hazırlayıblar.
Həmin yazını sizə təqdim edirik:
Asid meyvələrindən uzaq durun – Portağal, mandarin (naringi) kimi meyvələr reflüks yanmalarını artırır.
Banan, alma kimi meyvələr belə xəstələr tərəfindən daha çox yeyilməlidir. Mədəni rahatlaşdırır, həzmi asanlaşdırır.
Yağların mədəni tərk etmə müddəti çox uzun olduğundan çox yemək mədə xəstəliyini artırır. Bu səbəbən qızartma yeməklərindən nə qədər az istifadə etsəniz bir o qədər faydalı olacaqdır.
Həmçinin çox yağlı olan süd məhsullarını az yağlı ilə əvəz etməyiniz tövsiyə edilir.
Yatmazdan 2-3 saat qabaq yeməyi bitirin. Əks halda qidalar mədəyə ağırlıq edərək ağrılara səbəb olacaq.
Ədviyyatlı qidalardan uzaqlaşın. Bu acma və yanma hissini artırır. Acı qırmızı bibərin tərkibində olan kapsaisin adlı maddənin istifadəsindən sonra reflüksdəki yanma hissi daha da artır.
Yumurtanın sarısını deyil, ağından istifadə edin.
Yumurta sarısı, qida borusunun mədəyə açılan qapağının genişlənməsinə yol açan kolesistokinin hormonunun artmasına səbəb olur. Bu da reflüks şikayətlərini artırır.
Dar paltarlar geyməyin – mədəni sıxdığından orqanların fəaliyyət sistemi pozulur. Bu da ağrılara səbəb yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1