Язык:
Русский
Ramazanda kökəlməmək üçün nə edilməlidir?
19 мая 2018 9668Ramazan ayında oruc tutan insanlar sağlam, düzgün qidalanmağa diqqət göstərməlidirlər. Adətən 3-4 dəfə yeyilən qidalar orucluqca bir dəfə yeyilir. Gün ərzində yeyilən qidalar gündə 2 dəfəyə sığdırılmalıdır. Xüsusilə də şirniyyatlar, xəmir yeməkləri, karbonhidrat və yağlı yeməkləri. Ancaq buna baxmayaraq gündəlik vacib olan vitamin və minerallar qəbul edilməlidir.
Oruc tutmaq arıqlamaq üsulu deyil. Çəki problemi olan bəzi insanlar arıqlamaq üçün bu ayı fürsət bilirlər. Unudulmamalıdır ki, ramazan ayı bitdikdən sonra itirilən çəkilər daha çox olaraq geri alınır.
Çəki almamaq üçün səhər sahuruna mütləq qalxmaq lazımdır. Yemək yedikdən ən az 40 dəqiqə sonra yatılmalıdır.
Yatmazdan öncə su bol içilməlidir. Səhər və axşam çox yemək təzyiqi qaldırır. Bu səbəbdən normal yemək lazımdır. Mədəni iftarda birdən-birə çox yükləmək lazım deyil. Bu daha sonra xəstəliklərə də səbəb ola bilər.
Seçilən yeməklər mümkün olduğu qədər yüngül və tox tutan olmalıdır. Ət, balıq, toyuq və mütləq şəkildə bir ovuc kimi quru meyvələr yeyilməlidir. Duz miqdarı az olan qidalar seçilməlidir. Əks halda susuzluq yaranar. Səhərlər yumurta yeyilməlidir. Yumurta tox tutan qidaların başında gəlir.
Belə zamanda su qəbulu azalacağından vücut ritmi pozula bilər. Bu isə qəbizlik yarada bilər. Ona görə, probiotik qidalar, kefir ilə bağırsaq florasını dəstəkləmək lazımdır.
Su içmək bağırsaq və böyrəklərin çalışmasını sürətləndirir. Ancaq yemək əsnasında su içmək həzm sistemini poza bilər. Yeməkdən sonra içilən çay və qəhvələr alınan vitaminləri öldürə biləcəyi üçün yedikdən bir müddət sonra içilməlidir.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1