Язык:
Русский
Qorxmayın
24 декабря 2018 11268Fobiya - hər hansı faktora qarşı idarə olunmayan və qarşısı alına bilməyən qorxu hissinin yaranmasıdır. Fobiyaların təsviri adətən bizdə təbəssüm yaradır, lakin ondan əziyyət çəkən adamlar üçün bu, ciddi bir problemdir.
Elə fobiyalar var ki, onlar insan üçün elə də böyük problem yaratmır. Amma bəziləri emosional və psixi sağlamlığa böyük zərbə vura bilər. Onlardan biri də SKOPOFOBİYADIR.
Skopofobiya - kənardakıların diqqətini özünə çəkmək qorxusudur. Bu fobiyadan əziyyət çəkənlər digər insanlardan kənarda durmağa çalışır, ünsiyyətdən qaçırlar. Onlar tədricən paranoikə çevrilir, evdə daha çox vaxt keçirməyə üstünlük verirlər.
Skofobiya insan psixologiyasına dağıdıcı təsir göstərən bir fobiya növüdür. Yaranma səbəbi kimi, skopofobların uşaqlıq dövründə istehza obyekti olmaları göstərilir. Belə insanlar böyüdükdən sonra da başqalarından nə ilə isə ciddi fərqi olduqlarını düşünüb, narahatlıq keçirirlər.
Amma QORXMAYIN - fobiyalara qalib gəlməkdə psixoloqlar sizə kömək edə bilərlər.
Sizin də hər hansı fobiyanız varmı?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1