Язык:
Русский
Bir qrup alim müəyyənləşdirib ki, insan hüceyrələrinə müəyyən təsir göstərməklə qocalma prosesini əhəmiyyətli dərəcədə yubadmaq olar. Daha dəqiq desək, burada söhbət insan orqanizminin bəzi hüceyrələrinin yenidən proqramlaşdırılmasından gedir.
Onu da demək lazımdır ki, bu cür praktik təcrübələr hələ ki, yalnız laborator siçanlar üzərində aparılıb. İnsan iştirakı ilə praktik işdən hələ ki, söhbət getmir.
Praktik tədqiqatlar zamanı alimlər dəri hüceyrələrini qismən embrional vəziyyətə qaytara biliblər. Üzərilərində təcrübə aparılan siçanlar tədricən gəncləşməyə başlayıb.
Alimlər onu da qeyd edirlər ki, bu faktor canlı orqanizmə təkcə zahirən deyil, həmçinin, daxilən təsir edir. Müəyyən edilmişdir ki, bu siçanlar təcrübədən kənar qalanlardan 30% artıq ömr sürüblər. Alimlərin fikrincə, əgər bunu insan orqanizminə tətbiq etmək olsa, orta yaşı 108-ə qədər artırmaq mümkündür.
Qeyd etmək lazımdır ki, praktik təcrübələr sağlam yox, progeriyadan (qocalıq prosesinin sürətlənməsi) əziyyət çəkən siçanlar üzərində aparılıb.
Metod məhz hüceyrə DNT-sinin yenidən proqramlaşdırılmasına əsaslanıb. Bundan başqa, tibbi müayinələr göstərib ki, siçanların ürək-damar, mədə-bağırsaq sistemləri də əhəmiyyətli dərəcədə yaxşı işləməyə başlayıb, toxuma elastikliyi yaxşılaşıb.
Alimlər hesab edirlər ki, bu təcrübələrin insan üzərində aparılması yaxın on ildə mümkün olacaq. Əgər bu sahədə aparılan tədqiqatlar müsbət nəticə verərsə, təkcə qocalıq prosesinin yubadılması deyil, bəzi xəstəliklərin müalicəsi üçün yeni metodikaların hazırlanmasından da danışmaq olar. Hazırda siçanlar üzərində təcrübələr davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1