Язык:
Русский
Qadınların bu vərdişləri cinsi orqana zərər verir
18 апреля 2018 6942Vücudun hər hissəsi həssasdır və diqqət tələb edir. Qadınların əksəriyyəti cinsi orqan təmizliyinin asan olmadığını bildirirlər. Çünki bəzi vərdişləriniz bilmədən cinsi orqanınıza zərər verə bilər.
Bu yazıda cinsi orqana zərər verə biləcəyiniz vərdişlər barədə bəhs edəcəyik.
Əksər qadın dar lasin geyməyə üstünlük verir. Uzunmüddət dar lasin geyinmək vulvanın nəfəs almaması ilə nəticələnər. Bu isə qadınların cinsi orqanına zərər verə bilər.
Doğru alt paltarını geymək çox mühümdür. Pambıqlı paltarlar seçilməlidir. Pambıqlı paltarlar vaginanın nəfəs almasını təmin edir. Neylon kimi materiallar isə nəfəs qəbulunu çətinləşdirir və infeksiyalara səbəb olur.
Cinsi orqan xəstəliklərinin əsas səbəblərindən biri eyni anda bir çox dərmanların istifadə edilməsidir. Dərmanlar bir sıra əks göstərişlərə də səbəb ola bilər.
Göbələk infeksiyalarından qıza zaman çərçivəsində təsirlənə bilərsinizsə yaşayış tərzinizə diqqət etməlisiniz. Çünki hansısa vərdişləriniz size bir sıra xəstəliklərə yoluxdura bilər. Şəkər və ya spirtli içkilərdən istifadə edirsinizsə daha çox diqqət etməlisiniz. Çünki belə qadınlar digər qadınlarla müqayisədə maya infeksiyalarına daha çox yoluxurlar.
Şəkər və spirtli içkilərdən tamamilə xilas ola bilmirsinizsə ən azından azaltmağınızda fayda var.
Siqaretin vücuda zərərli olduğunu hər kəs bilir. Ciyərlər və boğaz xaricində həmçinin cinsi orqana da zərərlidir. Siqaretdən həddindən artıq istifadə cinsi orqanın qurumasına səbəb ola bilər.
İstifadə etdiyiniz sabunlara da xüsusilə diqqət göstərin. Çünki belə sabunlar göbələk xəstəliyi, qaşıntılar yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1