Язык:
Русский
Pornoya baxin, amma bilin ki...
15 сентября 2018 7254Müasir dövrdə pornoqrafiya milyardlarla gəlir gətirən bir biznesdir. Görəsən, bu industriyanı inkişaf etdirənlər pornoqrafiyanın insan psixikasına, şəxsi həyatı və əxlaqına nə dərəcədə zərbə vurduğundan xəbərdardırlarmı? Yəqin ki, bəli... Bəs siz?
Bu film janrının istifadəsi artıq qlobal və kütləvi xarakter alıb. Müxtəlif tədqiqatlar göstərir ki, kişilərin 86-98%, qadınların isə 56-85% pornoqrafiya izləyicisidir.
Yalnız seksi, onun bütün mümkün növlərini, harda və kiminlə gəldi intim yaxınlığı və bunun normal olmasını - əsas odur ki, zövq alasan.
Porno asılılıq yaratmaqla yanaşı, real münasibətlərə marağı azaldır, qadınlara qarşı baxışları dəyişir – onları seksual istismar mənbəyi kimi təqdim edir, əxlaqsız həyat tərzinə meyillilik yaradır, insanlarda psixoloji problemlər – özünə qapanma, aqressivlik, depressiya kimi hallar ortaya çıxır.
Pornodan asılı insanların şəxsi həyatlarında da ciddi problemlər yaranır. Belə admlar partnyorları ilə intim yaxınlıq zamanı reallıqdan tam zöv ala bilmir, təsəvvürlərində porno-filmlərdə görüdüyü müxtəlif personajları canlandırırlar. Bu isə gələcəkdə onları yeni seksual əyləncələr axtarmağa, xəyanətə sürükləyir. Nəticədə bir çox ailələr dağılır.
Onu da demək lazımdır ki, porno-filmlərin geniş vüsət alması zorakırlıq, pedofillik, fetiş və bir çox digər anomal seksual davranış formalarının inkişaf etməsinə şərait yaradır. Lakin bu, başqa bir məqalənin mövzusudur.
İnternet əsrində təbii ki, porno industriya ilə mübarizə aparmaq mümkün deyil və bu heç də yaxşı proqnozlar vermir. Bəzi psixoloq və sosioloqlar hesab edirlər ki, bu janrın pandemiya halına keçməsi bəşəriyyətin gələcəyini təhlükə altına sala bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1