Язык:
Русский
Bu maraqlı nəticəyə çexiyalı mütəxəssislər gəliblər. Bir sıra nəzəri və praktik tədqiqatlardan sonar alimlər müəyyənləşdiriblər ki, müntəzəm olaraq pivə içmək insanın daxili orqanlarını tədricən dağıdır.
Praktik təcrübə aparan elmi qrupun rəhbərinin sözlərinə görə, pivənin insan orqanizminə faydalı olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Bu içkinin sistematik olaraq qəbulu insanın daxili orqanlarında nəinki qarşısıalınmaz neqativ proseslər yaradır, hətta ciddi xəstəliklərn yaranmasına gətirib çıxarır.
O ki qaldı təcrübənin praktik hissəsinə, bunun üçün alimlər Çexiyada yaşayan kişiləri seçiblər. Bu, onunla izah olunur ki, pivə qəbulunun miqdarı digər ölkələrlə müqayisədə məhz adı çəkilən ölkədə çoxdur. Müəyyən olunub ki, Çexiyada böyrək və dalaq xərçəngi xəstəliklərinə daha çox rast gəlinir.
Qeyd etmək lazımdır ki, bu statistika yalnız Avropa ölkələrinə aiddir. Pivənin neqativ təsrini çexlərin qidalanma sistemi – donuz əti, qızardılmış kolbasalar və yüksək kalorili souslar – daha da ağırlaşdırır, piylənmə və müşayiət edən patologiyalara səbəb olur.
Alimlər, həmçinin, müəyyənləşdiriblər ki, onkoloji xəstəliklər və piylənmədən başqa həddindən artıq pivə içən insanlar yuxarı arterial təzyiqdən və sidik-cinsiyyət sistemi problemlərindən də əziyyət çəkirlər.
Bu spirtli içkini tərgidməklə bütün bu faktorlardan qurtulmaq olar.
Alimlər qeyd edirlər ki, yaxşı olar ki pivə az miqdarda şərabla əvəz olunsun.
Bundan başqa, qida rasionunu da diqqət mərkəzində saxlamaq vacibdir. Çünki zərərli içkilərdən tamailə imtina etsəz belə, yanlış qidalanma sağlamlığınızdakı problemləri qaçılmaz edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1