Язык:
Русский
Uşaqlarda göz çəpləşməsi nədir?
19 февраля 2018 18144Əksər azyaşlı uşaqlarda göz çəpləşmələri müşahidə edilir. Türkiyəli mütəxəssis Doğan Ceyhan 2-3 yaşlı uşaqlarda yaranan göz çəpləşmələri barədə vacib məlumatlar verib.
İlk olaraq qeyd edək ki, hər yaşda müalicəsi mümkün olan çəpləşmə 2-3 yaşlarda daha çox baş verir. Uyğun eynəklərdən, əməliyyat və digər üsullarla müalicə edilməyən çəpləşmə görmə tənbəlliyinə yol açır. Erkən diaqnoz və müalicə ilə çəpləşmə düzəldilə bilən xəstəlikdir.
Göz sürüşməsi və ya çəpləşmə, iki gözün eyni nöqtəyə baxmaması vəziyyətidir. Körpəlikdən böyük yaşlara qədər yayılan problemdir. Müalicə edilmədiyi zaman görmə qabiliyyəti zəifləyir.
Göz çəpləşmələri, hər iki gözün birlikdə çalışma qabiliyyətinin zəifləməsi səbəbi ilə yaranır. Bu zəiflik bəzən görmə qabiliyyətinin tamamilə itməsi ilə nəticələnir.
Göz çəpləşmələrinin bir qrupu ilk bir yaş ərzində ortaya çıxır. Belə çəpləşmələrinin böyük qismi lazer və ya eynək vasitəsilə düzəldilir. Bəzi bir qismi isə əməliyyat gərəkdirir.
Bu qrupa aid olan göz çəpləşmələri əksər zaman içə doğru baş verir. İlk olaraq müalicə üsulu olaraq eynəklərdən istifadə edilir. Eynək yararlı olmazsa belə xəstələrdə əməliyyat vacib şərt hesab edilir. Əməliyyatdan sonra belə çəpləşmələr demək olar ki tamamilə yoxa çıxır. Burada əsas məsələ göz zəifliyini nəzarət altında saxlamaqdır. Zamanında qarşısı alınarsa böyük ehtimal xəstə üçün heç bir qorxu ehtimalı qalmır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1