Язык:
Русский
Gözlərinizi qocalmaqdan necə qoruya bilərsiniz? – Resept
09 марта 2018 11227Yorğunluq, stress, yaşlılıq əlamətləri öncə göz və göz ətrafında müşahidə edilir. Bu nahiyəni qocalmağa qarşı qorumaq üçün bəzi tədbirlər görməlisiniz.
Göz sağlamlığınızı qorumaq üçün qidalanmağınıza diqqət göstərməlisiniz. A, E, C, B2 vitaminləri ilə omega 3 və 6 yağ asidləri, sinki, maqnezium və dəmir kimi minerallar göz üçün faydalıdır. Fındıq, bibər, süd, süd məhsulları, yaşıl, narıncı meyvə və tərəvəzlər – ispanaq, badam kimi qidalar kifayət qədər yeyilməlidir.
Göz quruluğu əsas problemlərdən biridir. Mütəxəssisləri bunun qarşısını vitaminlərlə almağı məsləhət görüb.
B və C vitaminləri, potasium, kalsium və maqnezium göz quruluğuna çox xeyirdir. Eyni zamanda bol miqdarda alınan omega3 və 6 qidaları göz yaşı keyfiyyətini artıraraq gözlərdə yanma hissinin qarşısını alır.
Razyana və çobanyastığı çayı ilə gözləri yumaq olduqca faydalıdır.
Göz ətrafı ən həssas bölgələr hesab edilir.
Ən incə dəri məhz bu nahiyədə yerləşir. Asanlıqla nəm itirməsi də bu həssaslığı artırır. Günəş, külək, yer çəkimi və toz kimi faktorlara məruz qalan bir bölgə olduğu üçün yaşlanmağa daha tez məruz qalır.
Göz çevrəsində qan dolaşımının yavaşlaması, mayenin göz qapağına dolmasına səbəb olur və bu bölgədə göyərmə, şişlik görünməyə başlayır. Get-gedə də qırışıqlıqlar artır.
Həkimlər yumurta ağının qırışıqlıqlara müsbət təsir göstərdiyini bildiriblər.
Yumurta ağı dərinin sıxlaşmasını təmin edir.
Bir yumurta köpük yaranana qədər çırpılır. Sonra isə göz ətrafına çəkilir. 10 dəqiqədən sonra pambığı soyuq suya batıraraq yüngül formada təmizləyin. Həftədə iki dəfə tətbiq edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1