Язык:
Русский
Dəriyə qulluq zamanı nələri yanlış edirik?
05 марта 2018 13793Sağlam dəri hər yaşda insana gərəklidir.
Türkiyəli dermatoloq Ata Nejat Ertek vacib nüansları açıqlayıb:
Sızanaqları sıxmayın – bu üsul düzgün addım deyil. Unudulmamalıdır ki, sıxılan zaman bəzi maye toplusu üzə çıxsa da əsas qism dərinin altında qalır.
Duzlu qidalardan uzaq durun – Duzlu qidalar yeyirsinizsə, dərinizin susuz qalmasına yol aça bilərsiniz.
Qidalanma zamanı qəbul etdiyiniz sodium, dərinizdəki nəmi əmər və qurumasına, solğunlaşmasına səbəb olur. Bu səbəbdən nə qədər duzlu qidalardan uzaq dursanız bir o qədər faydalı olacaq.
Mütəmadi şəkildə düzgün yuxu alın – Yuxu insan həyatına təsir edən bir faktordur. Yuxusuz qalmağınız digər orqanlar kimi, dərinizə də mənfi təsir göstərir. Dərinizi yeniləmək üçün yuxu rejiminizə diqqət edin.
Həm yaz, həm də qış fəslində günəş kremindən istifadə edin. Siz görməsənizdə ultrabənövşəyi şüalarına məruz qalan dəriniz yaşlılıq ləkələri, dəri xərçəngi kimi xəstəliklərlə qarşılaşa bilər. Bu səbəbdən üzünüzə, əllərinizə qoruyucu kremdən çəkin.
Hazır faydalı olmayan içkilərdən istifadə etməyin – Bunlar vücudda toplanar və qocalığı sürətləndirər. Asidli içkilər əvəzinə bol su içmək dəriniz üçün daha çox faydalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1