Язык:
Русский
Dəri növünə görə qulluq şərtləri
27 февраля 2018 13518Mükəmməl dəriyə sahib olmaq üçün ilk olaraq dəri tipinizi aşkar etməlisiniz.
Mükəmməl dəriyə sahib olmaq hər qadının istəyidir. Bunun üçün isə ilk olaraq dərinizin tipini bilməlisiniz və dərinizi doğru nəmləndirməlisiniz. Bu məqalə ilə dərinizin tipini və ona qulluq üsullarını öyrənəcəksiniz.
Qarışıq dəri – Alın, burun, çənə bölgələrini əhatə edən T adlandırılan nahiyyə olduqca yağlı, göz ətrafı və yanaqlar isə çox quru olur. Müəyyən zamandan sonra dərinizdə gərginlik hiss edə bilərsiniz.
Tövsiyələr: Səhər üzünüzü yuduqdan sonra T adlandırılan nahiyyənizə təmizləyici kremlər tətbiq edin. Üzünüzü bol ilıq su ilə yuyun. Daha sonra nəmləndirici kremlərdən istifadə edin.
Yağlı dəri: Belə dərilər daima parlayır. Qara nöqtələr və sızanaqlar yarana bilər.
Tövsiyələr: Hər səhər təmizləyicilər ilə üzünüzü yuyun. Bu dərinizdə olan artıq yağın atılmasına kömək edəcək və qara nöqtələrin yaranmasının qarşısını alacaq. Sonra ilıq su ilə üzünüzü yuyun. Yağlı dərilər üçün olan nəmləndiricilərdən istifadə edə bilərsiniz. Gün ərzində nəmli salfetlərlə bir dəfə üzünüzü təmizləyərək artıq toplanmış yağları silə bilərsiniz.
Gecə də təmizləyici kremlərdən istifadə edin.
Quru dəri: Bu zaman dəri ehtiyacı olan yağlılığı istehsal edə bilmir. Yağ miqdarı az olduğundan da dəri çox həssas olur. Xüsusilə yanaqlarınızda sızanaqlar çıxa bilər.
Tövsiyələr: Tərkibində spirt istifadə edilməyən təmizləyici ilə səhərlər üzünüzü yüngül formada təmizləyin. İlıq su ilə yuduqdan sonra yavaşca qurulayın. Quru dərilər üçün istifadə edilən kremlərdən istifadə edin (Nəmləndirici kremlərdən)
Belə kremlər dəri tərəfindən tez əmilir. Tərkibindəki maddələrlə dərinizi nəmli tutaraq işıq saçmasına səbəb olacaq.
Gecə də spirtsiz təmizləyici ilə üzünüzü silin. Sonra ilıq su ilə durulayın. Nəmləndirici gecə kremindən istifadə edin.
Makiyaj zamanı da dərinizi nəmləndirəcək vasitələrdən istifadə etməlisiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1