Язык:
Русский
Bu məhsullar böyrəklərə ziyandır
06 марта 2018 12816Amerikalı alimlər apardıqları bir sıra klinik tədqiqatlardan sonra müəyyənləşdiriblər ki, bəzi qida məhsulları böyrək daşlarının yaranmasına səbəb ola bilər.
Onların fikrincə, bu məhsullar arasında ilk yeri çoxlarının xoşladığı kofedir. Alimlər hesab edirlər ki, məhz kofe böyrəklərdə artıq təzyiq yaradır, bu isə öz növbəsində sidik-cinsiyyət sistemi xəstəliklərinin yaranma riskini artırır.
Siyahıda ikinci yeri qırmızı ət tutur, ona görə də klinisistlər bunu toyuq əti ilə əvəzləməyi tövsiyə edirlər.
Üçüncü yer xörək duzuna məxsusdur ki, bu da heç təəccüblü deyil. Duz digər ədvalar kimi, artıq istifadə olunanda mayenin orqanizmdən çıxmasını əngəlləyir. Bu səbəbdən böyrəklərdə müxtəlif maddələr toplanır ki, onlar daha sonra qum və daşlara çevrilir.
Həmçinin, amerikalı alimlərin fikrincə, çay və şirin qazlı sular da böyrəklərə ziyandır. İkincinin ziyanlı məhsul olması heç kimə sirr deyil, amma çayın nəyə görə bu siyahıya düşməsini alimlər hələ ki, izah etməyiblər.
Ehtimal olunur ki, bu içki sidikdə kalsiumun miqdarını artırır, bu faktor isə böyrəklərdə daşların yaranmasına səbəb ola bilər. Əlbəttə ki, yuxarıda adları çəkilən məhsulların qədərində istifadəsi neqativ patoloji proseslərə gətirib çıxarmır. Lakin normadan artıq istifadə sidik-cinsiyyət sistemi xəstəliklərinin yaranma riskini əhəmiyyətli dərəcədə artırır.
Bütün bunlarla yanaşı, adları çəkilən xəstəliklərə genetik meyilliliyi və sağlamlığın ümumi vəziyyətini də nəzərə almaq lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1