Язык:
Русский
Beyində qan dövranının pozğunluğu necə anlaşılır?
01 марта 2018 15579Beyin hüceyrələrinin normal işləməsi üçün həddindən çox enerji tələb edilir. Bəzən qan dövranı müəyyən səbəblərdən ötrü pozulur və beyin qan dövranının çatışmazlığı yaranır.
Son zamanlar isə belə xəstələrin sayı artır. Bu vəziyyət orta yaşlardan sonra müşahidə edilir.
- Xronik stress
- Yüksək təzyiq xəstəliyi
- Diabet xəstəliyi
- Xronik yorğunluq sindromu
- Osteoxondroz
- Erkən yorulma
- Diqqətsizlik
- Yuxunun pozulması
- Baş ağrıları. Tez-tez təkrarlayan baş ağrıları çox ciddi əlamət sayılır.
- Yaddaşın pozulması
- Qulaqlarda gurultu
Ancaq diqqət edilməzsə xəstəlik daha çox ağırlaşır ki, nəticədə əqli geriləmə, parkinson sindromu yaranır. Xəstə öz uşaqlarını, yaxınlarını tanımaya bilər. Beyin qan dövranı çatışmazlığı insult kimi ağır xəstəliklərin əsas səbəbi sayılır. İlk mərhələlərdə bunu dayandırmaq və hətta ortadan qaldırmaq mümkündür. Xəstəyə özəl olaraq yaxşılaşdıran, sakitləşdirici preparatlar vitaminlər verilə bilər. Həmçinin iynə batırma, aroma terapiya və s istifadə edilir. Gecələr 8-9 saat uxu gərəklidir. Bundan əlavə stresdən uzaq durmalı, çalışan zaman da fasilələr verilməlidir. Beyinə də digər orqanlara və sistemlər kimi, mütəmadi gərginliklər gərəklidir.
Yəni beyin mütəmadi olaraq işləməlidir. Bunun üçün xəstə daima kitab oxumalı, tapmaca həll etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1