Язык:
Русский
Baş dönmələrinin əsas səbəbi – Vertigo xəstəliyi nədir?
05 марта 2018 16356Əksər insanlar baş dönməsindən əziyyət çəkir. Son zamanlar isə bu, daha çox müşahidə edilir.
Baş ağrıları zamanı əksər zaman ağıla beyin şişi gəlsə də bu halların 85 faizinin səbəbi mən qulaq xəstəliklərindən yaranır.
Allergiyası olan insanların möhkəm asqırması belə bu vəziyyətə mənfi təsir göstərir.
Türkiyəli qulaq-burun-boğaz mütəxəssisi Feyzi Elez, baş dönmələri yəni vertigo xəstəliyi barədə danışan zaman eşitmə testinin edilməsini mühüm bilib. O, baş ağrılarının səbəblərini də izah edib: “Araşdırmalar zamanı baş dönmələrinin əsas səbəblərindən birinin qulaqdan qaynaqlanan meniere xəstəliyinin olduğunu sübut edib. Qulaq səsləri, cingiltiləri, eşitmə zəifliyi baş ağrılarına səbəb olur. Müalicə zamanı pəhrizə diqqət göstərilməlidir. Duz, şokolad,qəhvədən az istifadə edilməlidir. Stressdən uzaq durmaq da xəstəlikdən xilas olmağa yardım edəcək. Digər səbəb isə qulaq kristallarının tökülməyidir. Bu adətən yataqda sağa-sola dönən zaman, həmçinin başı aşağı yuxarı qaldıran zaman ortaya çıxır. Pozisiya dəyişdirildikdən sonra isə ağrı yoxa çıxır. Xroniki olan qulaq iltihabları da bu səbəblərdən birini təşkil edir. Bu iltihab get-gedə sümüləri əridərək baş dönməsi yaradır. Adətən qulağı basma və ya travma zamanı ortaya çıxır. Bəzən cərrahi müdaxiləyə də ehtiyac olur. Miqren baş dönmələrinin əsas hissəsini təşkil edir. Belə ki, miqren xəstəliyi qulaqdakı təzyiqi artırır. Bu da baş ağrılarına təkan verir”.
Nəzərinizə çatdıraq ki, yüksək təzyiq, tiroid xəstəliyi, varikozlar, qansızlıq, böyrək xəstəlikləri də baş dönmələri yarada bilər.
Həkim, baş dönmələrinin səbəblərindən danışan zaman mərkəzi sinir sistemi xəstəliklərini də unutmayıb.
Onun sözlərinə görə, beyin travması ağrılara yol açır: “Bundan əlavə depressiya, qorxu kimi hislər də baş dönmələrinin əsas səbəbidir. Vertigo xəstəliyinin səbəbi olaraq bu təsdiq edilərsə, psixoloji yardım almaq gərəklidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1