Язык:
Русский
Ovuc içi qaşıntılarının səbəbləri
22 июня 2018 11637Ovuc içi qaşıntısı bir çox insanda görülür. Adətən yüngül səbəblərdən də meydana gəlsə də vacib problemlərin də xəbərçisi ola bilər. Qaşıntı azalmadığı təqdirdə həkimə müraciət edilməlidir.
Allergiyalar – Ən çox rastlanılan problemlərdən sayılır. Qida allergiyası və ya hansısa kimyəvi maddəyə olan allergiya bu növ qaşıntılara səbəb ola bilər.
Dəri xəstəlikləri sırasında ən çox görüləni məhz qaşıntılardır. Bu səbəbdən qaşıntıya səbəb olan faktor aradan qaldırılmalıdır.
Dəri xəstəliklərindən sayılan ekzema xüsusilə ovuc içində ciddi qaşıntılara səbəb ola bilər. Bu qaşıntılarla bərabər açıq yaralar, əldə soyulmalar görülə bilər. Xüsusilə kimyəvi maddələrdən uzaq durulmalıdır.
Kaptal Tünel sindromu da qaşıntının digər səbəblərindən ola bilər. Bu sindrom səbəbindən yaranan qaşıntılar öncə ağrı formasında başlayır.
Ovuc içi qaşıntılar istifadə edilən dərmanların əks göstərişi olaraq da yarana bilər. BU zaman ya dərman kəsilməlidir, ya da qaşıntını azaldan əlavə vasitə qəbul edilməlidir. Bunu həkimlə məsləhətləşməlisiniz.
Göbələk infeksiyaları qaşıntını yaradan digər amillərdəndir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1