Язык:
Русский
Nokia “ağıllı” gödəkcə yaratdı
14 августа 2018 8528Finlandiya korporasiyası Cənubi Koreyanın “Kolon” manufaktura şirkəti və Çexiyanın “Gina” şirkəti ilə müştərək “ağıllı” gödəkcə yaradıb.
Gödəkcə 2018-ci ildə Barselonada keçirilmiş “Mobile World Congres 2018” sərgisində nümayiş etdirilib. Qurğuya “CHACE Life Tech FR” adı verilib. Bu “ağıllı” geyim sahibinin səhhətinin keşiyində duracaq, həmçinin onun təhlükəsizliyini təmin edəcəkdir. Bildirilir ki, gödəkcənin içərisində çox sayda ötürücülər quraşdırılıb ki, onlar ürək düyüntüsünü, temperaturu, təzyiqi, yerləşməni və hərəki aktivliyi ölçəcək. Gödəkcəni ərsəyə gətirən mütəxəssislər deyirlər ki, devaysa digər ötürücü və sensorlar da quraşdırmaq mümkündür. Normadan hər hansı kənaraçıxmalar müşahidə olunduqda, qurğu dərhal işə düşür və xüsusi bazaya siqnal ötürür.
Bundan başqa, bu geyim işiqqaytarıcı elementlərlə təchiz olunub, əlavə təhlükəsizlik üçün bu elementlər parlaq-yaşıl rəngə boyanıb. Gödəkcənin enerji təminatını USB qoşulma vasitəsilə həyata keçirmək mümkün olacaq. Gödəkcə üzərində çalışmış mütəxəssislərin sözlərinə görə, bu geyim “təhlükəli” peşələr, məsələn, yanğınsöndürənlər, xilasedicilər və başqaları üçün nəzərdə tutulub. Lakin bu il ərzində gödəkcənin kütləvi istifadəsi üçün daha bəsit istehlakçı versiyasının hazırlanması planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1