Язык:
Русский
Naringinin faydaları
21 ноября 2018 14553Uzman diyetoloq Şəbnəm Kandıralı İldırım, naringinin immuniteti gücləndirdiyini və 1 naringinin gündəlik C vitamini ehtiyacının yarıdan çoxunu ödədiyini bildirib.
C vitamini sağlam dəri və yeni toxumaların əmələ gəlməsi üçün lazımdır. Eyni zamanda ürək-damar xəstəlikləri riskini azaldır. Qan təzyiqini aşağı salır, qanı təmizləyir, damar sağlamlığını qoruyur. Ağciyər, süd vəzi, yemək borusu və mədə xərçəngi kimi bəzi xərçəng növlərinin əmələ gəlməsini önləyir.
Naringidə mövcud olan bol miqdarda A vitamini göz və sümük sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Yaşlı insanlarda sümük əriməsinin qarşısını almağa kömək edir.
Naringinin qabığının altındakı ağ liflər də çox faydalıdır, onun üçün də atılmamalı və bol miqdarda yeyilməlidir.
Naringi piylənmənin qarşısını almaqda, diyabetlə mübarizədə və xolestrini aşağı salmaqda mühüm əhəmiyyət daşıyır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1