Язык:
Русский
Menisk yırtığı nədir?
17 августа 2020 14201Bədənimizdə ən çox yaralanan bölgələrdən biri də menisklərimizdir. Menisk xəstəliyi toxumalarla bağlıdır. Bu xəstəliyə “menisk yırtığı” demək daha doğru olar.Müxtəlif səbəblərdən yırtıqlar yarana bilər. Adətən dizin dönməsi və ya burxulması nəticəsində bu baş verə bilər. Həmçinin ağırlıq qaldırılan zaman, idman hərəkətləri zamanı da bu problem yaşana bilər. Artan yaşın da buna çox böyük təsiri var.
Bəs menisk yırtılması necə baş verir?
Diz oynağında daxili və xarici olaraq 2 menisk mövcuddur. Qığırdaq quruluşunda olan meniskin gənc yaşda yırtılması və zədələnməsi travma nəticəsində ortaya çıxsa da irəli yaşlardakı insanlarda hansısa bir travmaya gərək olmadan menisk yırtılması baş verə bilər.
Menisküs yırtığının dərəcəsinə görə müxtəlif göstəriciləri olur. Kiçik yırtıqlarda yüngül ağrı və şişlik müşahidə edilə bilər. Bu əlamətlər adətən 2-3 həftədə yoxa çıxır.
Menisk yırtığının əlamətləri hansılardır?
Oynaq hərəkət açıqlığında azalma
Dizdə maye toplanması
Pilləkən çıxarkən və ya enərkən ağrının çoxalması
Yerdən otura bilməmək
Axsamaq
Menisk yırtığının erkən diaqnozu vacibdir. Uzun müddət yırtığın mövcudluğu və müalicəsiz qalması diz oynaqlarında daha böyük problemə səbəb ola bilər. Həmçinin bununla bağlı kirəclənmə yarana bilər. Müayinə əsnasında vücudun və dizin ümumi görünüşü, duruşu, hərəkəti izlənilir. Rentgen, MRT və digər yoxlanışlar da unudulmamalıdır.
"Artroskopik" başqa adla "endoskopik" yəni kəsik olmadan oynaq əməliyyatları sayəsində oynaq daxilində olan bu cür patologiyalar cərrahi yolla müalicə olunur. Gənc, fəal həyat tərzi sürən şəxslərdə menisk yırtıqlarının əməliyyat edilməsi daha məqsədə uyğundur. Cərrahiyyədən sonra reabilitasiya müalicənin mühüm bir mərhələsidir. Çünki əməliyyatdan sonra bir çox hərəkət diqqət edilməli və bir müddət məhdudiyyət qoyulmalıdır. Əks halda istənilməyən nəticələr baş verə bilər.
Cərrahiyyədə hansı tipdən istifadə olunacağını isə həkim özü təyin etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1