Язык:
Русский
Mayonezi hansı işlərdə istifadə etmək olar?
24 сентября 2018 7877Mayonez, bütün dünya mətbəxlərində istifadə edilir. Xüsusilə fast food restoranlarında daha çox məşhurdur.
Dırnaqlarınız qırılqan və ya qırılmağa meyllidirsə mayonez ilə evdə manikür edə bilərsiniz. Dırnaqlarınıza mayonezi çəkin və 5 dəqiqə kimi gözləyin. Daha sonra durulayın. Bu üsul dırnaqlarınızın daha güclü və sağlam böyüməsini təmin edəcək.
Əgər dəriniz çox qurudursa, mayonezin içinə bir çay qaşığı zeytun yağını əlavə edin. Qarışımı quru nahiyənizə çəkin və 10 dəqiqə kimi saxlayın. Ardından nəmli əski ilə silərək təmizləyin.
Xüsusilə saçınıza yapışan saqqızı rahatlıqla çıxarmağınız üçün mayonezdən də istifadə edə bilərsiniz. Saçınızın həmin nahiyəsinə kiçik miqdarda mayonez çəkin və iz buraxmadan çıxmasını təmin edin.
Quru və elektrikli saçlara sahibsinizsə, mayonez bu mövzuda sizin köməyinizə çata bilər. Bunun üçün mayonezi saç kremi kimi istifadə etməlisiniz. Bununla saçlarınız daha parlaq və yumşaq olacaq.
Əgər uşağınız evinizdəki divarları boyayırsa və ya divarda əvvəldən qalan iz varsa bunun üçün həmin hissəyə mayonez çəkin. 5-10 dəqiqə kimi gözlədin. Daha sonra təmiz əski ilə silin.
Qapılarınızı açarkən qıcırdama səsləri gəlirsə bu zaman həmin hissəyə yağ əvəzinə mayonez çəkin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1