Язык:
Русский
Mavi işığın dəriyə təsiri
16 апреля 2020 10417Quru hava, sərt su, sabun və ultrabənövşəyi radiasiya - bunlar dəri üçün zərərli ünsürlərdir.
Smartfonlar və kompüterlərin ekranlarından gələn mavi işığın dəriyə zərərləri və faydaları son illərin mübahisə yaradan mövzularındandır.
Mavi işıq zərərlidir? Bu rəngə ehtiyacımız varmı?
Görülə bilən işıq, gözümüzdə bir reaksiya yaradan işıq enerjisidir və bu 390-789nm ölçüsündə olan işıq dalğalarıdır. Təbii ki, dalğa ölçüsü uzandıqca zərərli təsirləri azalmaqdadır. Mütəxəssislər, 390-440 nm olan mavi işıq dalğalarının insan gözünə zərər verə biləcəyini düşünürlər.
Mavi rəngin zərərlərini düşünərək həyatımızdan tamamilə çıxartmaq da düzgün deyil.
İlk olaraq söyləmək olar ki mavi işıq olmadan rəngləri doğru qavraya bilmərik.
Aparılan araşdırmalara görə, mavi işıq vücud hormonlarını tənzimləyərək bioloji ritmi normaya salır. Yeni doğulan uşaqlarda müşahidə edilən sarılıq olaraq bilinən qaraciyərin aktiv hala gəlməsi və bilirubin səviyyəsinin tənzimlənməsi üçün körpələr mavi işıqla müalicə edilir. Əksər kosmetoloqlar, dermatoloqlar sızanaqların müalicəsində mavi işıqdan istifadə edirlər.
Vücudun vitamin yaratması və aktiv hala gəlməsində mavi işığın rolu böyükdür. Xüsusilə insanlarda görülən D vitamini əksikliyi, günəşin ultrabənövşəyi və mavi dalğa boyundakı işıqlar vasitəsilə vücud tərəfindən təmin edilir. Bu baxımdan insan dərisinin mavi rəngə ehtiyacı var.
Bununla yanaşı mavi işığın zərərləri də mövcuddur. Belə ki, dəridə problemlərə yol aça bilər. Bunun üçün də günəş şüalarından qorunmaq üçün kosmetoloqlar günəş kremindən istifadə etməyi tövsiyə edirlər.
Gadgetlərin mavi işığı istənilən dəriyə zərər verir. Melatonin istehsalına maneə törədir, nəticədə insan kifayət qədər yuxuya gedə bilmir və özünü yaxşı hiss etmir. Buna görə insan sağlamlığı üçün bir çox tövsiyələr arasında, yatmadan bir neçə saat əvvəl telefon və digər cihazları bir neçə saat kənarda qoymaq məsləhət bilinir.
Son tədqiqatlar göstərir ki, görünən mavi işığın təsiri altında dəridəki karotenoidlər ultrabənövşəyi və infraqırmızı şüaların təsiri ilə eyni şəkildə parçalanır. Karotenoidlərin çürüməsi dolayı yolla sərbəst radikalların yaranması ilə əlaqələndirilir: nəzəriyyədə, karotenoidlər dərini onlardan qoruyan antioksidantlardan birincisidir.
Böyük dozalarda görünən mavi işıq dəri üçün mənfi amil ola bilər.
Eyni zamanda, eyni mavi işıq və ultrabənövşəyi şüalar dəri xəstəliklərinin müalicəsində istifadə olunan fototerapiyanın bir hissəsidir.
Mavi işıq dəri ilə yanaşı göz üçün də zərərli ola bilər. Bu səbəbdən mütəxəssislər elektronik əşyalara baxarkən xüsusi eynəklərdən istifadəni tövsiyə edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1