Язык:
Русский
Maska koronavirusdan qoruyur?
28 марта 2020 7101
Son zamanların ən böyük bəlası olan Covid-19 xəstəliyindən hər kəs özünməxsus şəkildə qorunur. Əsas qorunma mexanizmi kimi maskanı zənn edirlər.
Bəs maska xəstəlikdən qoruyurmu?
ABŞ-ın Vanderbilt universitetinin Yoluxucu xəstəliklər mütəxəssisi Villiam Schafner, adi əməliyyat maskalarının koronavirusa qarşı effektli qorumaya malik olmadığını qeyd edib.
Maskalar arasında ən effektlisinin N95 olduğunu bildirib. Belə ki, N95 maskalarının təsirli olması üçün taxıldıqdan sonra maska ilə üz arasında ən kiçik boşluğun belə qalmadığına əmin olmalısınız. Ancaq buna baxmayaraq bu növ maska ilə nəfəs almaq olduqca çətindir. Belə maskalardan daha çox virus daşıdığı xəstələrlə məşğul olan həkimlər istifadə edir.
Mütəxəssisin sözlərinə görə,sadə maskalar həkimlər tərəfindən əməliyyat zamanı taxılır. Ətrafında boşluq olduğu üçün qorumanı yüksək səviyyədə təşkil etmir.
Həmin maskalar,sadəcə öskürən, asqıran zaman mikrobun qarşı tərəfə keçməsindən qoruyur. Ancaq koronovirusun vücuda gözlərdən də keçə biləcəyini nəzərə alsaq belə maskalar elə də effektli deyil.
Bununla yanaşı maraqlı araşdırma aparılıb. Belə ki, çox növ maskalar araşdırılıb. Nəticəyə görə, hansısa maska bütöv növ virusların qarşısını almaz.
Qeyd edək ki, Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Bu barədə koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Bildirilir ki, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Nəqliyyat vasitələri üzrə
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilsin.
Ticarət obyektləri üzrə
Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın,çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.
İctimai iaşə obyektləri üzrə
Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərindəmüştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.
Əhalinin hərəkəti üzrə
Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1