Язык:
Русский
Koronanın məhv etdiyi orqan...Ağciyər iltihabı nədir?
12 апреля 2020 8919İnsan sağlamlığı önəmli faktordur. Vücudun güclü olması üçün faydalı qidalardan istifadə edilməlidir. Xüsusilə də ağciyər insan sağlamlığı cəhətdən son dərəcə əhəmiyyətlidir.
Ağciyərlərdəki hava yollarının infeksiyalara qarşı çox həssas olduğundan iltihablanma tez baş verir.
Bəs ağciyər iltihablanması nədir?
Ağciyər iltihabı, ağciyər toxumalarında ortaya çıxan mikroorqanizmlərin səbəb olduğu iltihab növüdür. Ağciyər infeksiyası, hava kisələrinin və ağciyərdəki hava yollarının iltihablanması nəticəsində meydana gəlir. Nəticədə isə ağciyər fəaliyyətini davam etdirə bilmir və okigen istehsalı alınmır.
Bəs ağciyər iltihabının əlamətləri nədir?
Mütəxəssislər ağciyər iltihabının əlamətlərini bu şəkildə sıralayırlar:
Öskürək başlanğıcda quru olur və daha sonra yaşıl və ya sarı rəngli bəlğəmə çevrilir.
Yüksək qızdırma
Nəfəs alma problemləri
Sinədə ağrı
İştahsızlıq
Titrəmə, gecə tərləmələri
Əzələ ağrıları
Yuxarıdakı əlamətlər hər zaman ağciyər iltihabının başlanğıcını ortaya qoymaya bilər. Bu əlamətləri özündə görən insan mütləq həkimə müraciət etməlidir.
Ağciyər iltihablanmasına səbəb olan mikroorqanizmi təsbit etmək hər zaman mümkün olmaya bilər. Xəstələnməzdən öncə də sözügedən mikrob vücudda yer ala bilər. Ağciyər iltihablanmasının ən çox yayılan səbəbi S.pnemoniae adlı bakteriyadır. Ağciyər, qrip, su çiçəyi, zərərli maddələri udma, kirli hava, zərərli kimyəvi qazlar, siqaret dumanı kimi səbəblərdən də ağciyər iltihabı yarana bilər.
Bəs müalicəsi necə aparılır?
İlk olaraq infeksiyanın harada necə olduğunu anlamaq üçün rentgen çəkilir. Barmaq ucuna taxılan cihazla qandakı oksigen miqdarı ölçülür. Qan testləri edilir. Bəlğəmdən də örnək alınaraq labaratoriyaya göndərilir. Bunlarla yanaşı sidik analizi alınır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1